Azərbaycan Xalq Hərəkatından qopmalar: 4 nəfər qurumdan istefa verdi

Azərbaycan Xalq Hərəkatının (AXH) bir qrup üzvü qurumdan istefa verib.

Xural.com musavat.com-a istinadən xəbər verir ki, bu barədə qurumun İdarə Heyətinin üzvü Bəxtiyar Tuncay sosial şəbəkədə məlumat verib.

Onun statusunu təqdim edirik:

“Azərbaycan Xalq Hərəkatının bir qrup keçmiş üzvünün AXH-də yaranmış qeyri-sağlam mühitlə əlaqədar

Bəyanatı

Biz – AXH İdarə Heyətinin aşağıda imza atan bir qrup keçmiş üzvü Azərbaycan Xalq Hərəkatında yaranmış qeyri-sağlam mühitə, eləcə də hələlik açıqlamaq istəmədiyimiz digər xoşagəlməz və arzuedilməz səbəblərə görə AXH sıralarında qalmağımızı qeyri-mümkün hesab etdiyimizi bəyan edir, təşkilatda qalaraq fəaliyyətlərini davam etdirən bütün dostlarımıza səmimi qəlbdən uğurlar arzulayırıq.

Mahmud Əhmədli
Ramiz Tağıyev
Rza Səfərsoy
Bəxtiyar Tuncay

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button