Azərbaycan XİN Aleksandr Nevzorovu “qara siyahı”ya daxil edəcəkmi?

Yerevan və Zəngəzurun geri qaytarılmasının vacibliyilə bağlı dövlət başçısının məlum bəyanatından sonra rəsmi Bakı özünə növbəti problem yaradıb.

Bəzi icmalçılar, ilk növbədə rusiyalı şərhçilər bu fikirləri mənfi qiymətləndirərək qeyri-ciddi adlandırıblar.

Ancaq tanınmış telejurnalist Aleksandr Nevzorovun fikirləri nəinki kəskin, həm də çox kobud olub. Buna diqqət verməmək olardı, ancaq A.Nevzorov Rusiyada ən nüfuzlu telejurnalistlərdən biridir. Onun fikri qonşu ölkənin ictimai rəyinə mühüm təsir göstərir.

Yuxarıda qeyd edilən fikirlər fevralın 14-də “Exo Moskvı” radiosunun efirində səslənib və digər KİV-lər tərəfindən geniş yayılır.

Ehtimal etmək olar ki, Azərbaycan XİN A.Nevzorova qarşı lazımi tədbirlər görəcək, onu “qara siyahı”ya daxil edəcək. Azərbaycanın Moskvadakı səfirliyi isə müvafiq şəkildə reaksiya verəcək. Ancaq hələlik nə XİN, nə də səfirlik buna münasibət bildirməyib.(turan.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button