Azərbaycan yenə atəşkəsin pozulduğunu deyir

Azərbaycan Müdafiə Nazirliyinin bildirməsinə görə, aprelin 5-də saat 17:25 radələrində Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Hələlik, bu məlumata Ermənistan Müdafiə Nazirliyinin münasibəti bəlli deyil.

Bu həftənin əvvəlində Bakı və Yerevan bir-birini atəşkəsi pozmaqda günahlandırmışdı.

Azərbaycan Müdafiə Nazirliyi bildirmişdi ki, aprelin 1-i Ermənistan silahlı qüvvələri onun Naxçıvan Muxtar Respublikasının Sədərək və Şahbuz rayonları istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Amma Ermənistan Müdafiə Nazirliyi (EMN) həmin məlumatı təkzib etmişdi.

“… Azərbaycan Silahlı Qüvvələri aprelin 1-də saat 22:00-da Qut kəndi (Geğarkunik vilayəti) və aprelin 2-də saat 00:40-da Tex kəndi (Sünik vilayəti) istiqamətində erməni silahlı birləşmələrinin mövqelərini atəşə tutublar”, – Ermənistan qarşı tərəfi günahlandırmışdı.

1990-cı illərin əvvəllərində Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilmişdi. 2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona və Qarabağın bir hissəsinə nəzarətini bərpa etdi. Ancaq tərəflər sülh sazişi imzalamayıb.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma (10 noyabr) ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Ötən il sentyabrın 19-20-də isə Bakı Qarabağda “lokal antiterror tədbirlər” elan edib. Yerevan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button