Azərbaycanda ən yaxşı işləyən nazirlik məlum oldu

Rabitə Nazirliyi ən yaxşı, Səhiyyə Nazirliyi isə ən pis göstəricilərə sahib olub…

“Qafqazinfo”nun “Bu nazirliklərdən hansı daha yaxşı işləyir?” adı altında keçirdiyi sorğu başa çatıb. İki həftə ərzində keçirilən sorğuda indiyədək görünməmiş aktivlik hiss olunub. Sorğuda 3925 səs verilib. Oxucular ən çox üç nazirliyin fəaliyyətinə yüksək qiymət veriblər. Sorğunun nəticələrinə görə, ən çox səs alan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (997) olub. Ondan az fərqlə geridə, ikinci yerdə Milli Təhlükəslzik Nazirliyi (970) qərarlaşıb. Üçüncü yeri isə Fövqəladə Hallar Nazirliyi (858) tutub.
Digər nazirliklər isə daha az səs toplayıblar. Belə ki, dördüncü yerdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (242), beşinci yerdə isə Daxili İşlər Nazirliyi (106) qəraqrlaşıb.
Sorğuda ən az səsi isə Səhiyyə Nazirliyi (31) toplayıb.
Digər yerlər isə belədir. Ədliyyə Nazirliyi (69), İqtisadi İnkişaf Nazirliyi (34), Maliyyə Nazirliyi (34), Vergilər Nazirliyi (48), Səhiyyə Nazirliyi (31), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (47), Təhsil Nazirliyi (45), Gənclər və İdman Nazirliyi (52), Xarici İşlər Nazirliyi (80), Nəqliyyat Nazirliyi (83), Mədəniyyət və Turizm Nazirliyi (61), Kənd Təsərrüfatı Nazirliyi (36), Müdafiə Nazirliyi (34), Müdafiə Sənayesi Nazirliyi (56), Sənaye və Energetika Nazirliyi (42) səs.

Xural” qəzeti,

İl: 9, sayı: 034 (442), 04 – 10  sentyabr 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button