Azərbaycanda 5.1 maqnitudalı zəlzələ olub
Azərbaycanda yanvarın 19-da zəlzələ olub. Bu barədə ölkənin Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
İlkin məlumatda saat 22:06-da qeydə alınan zəlzələnin 5.1 maqnitudada olduğu bildirilir.
Hələlik, dağıntı və tələfat haqqında məlumat verilmir.
Ayrı-ayrı sosial şəbəkə istifadəçilərinin yazmasına görə, təkanlar Mərkəzi Aran və cənub zonasında daha çox hiss olunub.