Azərbaycanda bəzi mobil operatorların işində problem yaranıb

Bugün, sentyabrın 21-də  axşam saatlarında Azərbaycanda  “Bakcell” və “Nar Mobile” mobil operatorların fəaliyyətində məhdudiyyətlər yarandığı bildirilir

Bugün, sentyabrın 21-də axşam saatlarında Azərbaycanda “Bakcell” və “Nar Mobile” mobil operatorların fəaliyyətində məhdudiyyətlər yarandığı bildirilir.

Bu barədə məlumatlar sosial şəbəkələrdə yayılıb.

Qeyd edilir ki, sözügedən mobil operatorlara məxsus nömrələrdən zəng vurmaq olmur, daxili zənglər qəbul edilmir və mobil internet işləmir.

“Bakcell Ltd” Məhdud Məsuliyyətli Cəmiyyətdən (MMC) “Turan” Agentliyinə deyilib ki, texniki nasazlıqla əlaqədar xidmətlərin göstərilməsində məhdudiyyətlər yaranıb:

“Texniki heyət çətinliyin tez bir zamanda aradan qaldırılması üçün işlər görür. Yaranan çətinliyə görə dəyərli abunəçilərimizdən üzr istəyir və tez bir zamanda xidmətlərimizin bərpa olunacağını bildiririk. Abunəçilərimizə əlavə məlumat veriləcək”.

“Nar Mobile”-dən də bildirilib ki, problem texniki çətinliklə bağlıdır:

“Texniki çətinliklə əlaqədar şəbəkə xidmətlərimizdə müvəqqəti fasilə yaranıb. Hazırda heyətimiz xidmətlərin ən qısa zaman ərzində bərpa edilməsi üçün çalışır…”

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button