Azərbaycanda daha 27 nəfərdə koronavirus aşkarlandı

Azərbaycan Respublikasında 27 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahından xural.com-a verilən məlumata görə, həmin şəxslərdən 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti isə stabildir.

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 190 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır, onların müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

İnfeksiyanın geniş yayılmasına yol verməmək üçün vətəndaşlarımızdan özünütəcrid tədbirlərinə uyğun davranmaq və xüsusi karantin rejiminə ciddi riayət etmək tələb olunur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button