Rubrikalar: GÜNDƏM XuralTAC

Azərbaycanda deputat özü-özünü təbrik etdi

Bu gün, 23 sentyabrda Milli Məclisin deputatı Ramil Həsən özünü “Facebook” səhifəsində ad günü münasibətilə təbrik edib. Belə bir maraqlı hadisə. Eyni zamanda, millət vəkili özünə üçüncü şəxs kimi, cəm şəklində  “sizi” deyə nəzakətlə müraciət edərək, adının əvvəllində cənab  sözünü yazmağı da unutmayıb.

“Bu gün VI çağırış Milli Məclisin deputatı, birinci dərəcəli Fövqəladə və Səlahiyyətli Elçi Ramil Həsənin doğum günüdür. Bu münasibətilə Ramil müəllimi səmimi qəlbdən təbrik edir, can sağlığı və fədakar fəaliyyətində bol-bol uğurlar arzulayırıq !”, – deputat sosial şəbəkədə yazıb.

Qeyd edək ki, bu, Ucar bölgəsindən hakim Yeni Azərbaycan Partiyasından seçilən Ramil Həsənin fəaliyyəti ilə bağlı ilk maraqlı iş deyil. Bir neçə ay əvvəl millət vəkili rusdilli kanallardan birində qəribə bir çıxışla müsahibə verib. Ramil Həsənin rus dilini bilmədiyi ortaya çıxıb. Deputat fikirlərini müxtəlif rus sözlərindən ibarət bir sıra ifadə etməyə çalışıb.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Ombudsman İsrail səfirini qəbul edib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva İsrailin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirini qəbul edib. Bu haqda Xural.com…

28 Oktyabr 2020
  • ARAŞDIRMA
  • GÜNDƏM
  • MƏDƏNİYYƏT
  • XuralTAC

O, əsil xalq adamı, ziyalı və nurlu bir şəxsiyyət idi…

Unutsaq, unudularıq! Respublikanın tanınmış inşaatçı-mühəndisi, Böyük Vətən müharibəsi veteranı və dəyərli ömür yolu keçmiş böyük ziyalı Qurban Camal oğlu Sultanov…

28 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

ABŞ-dan gələn Qarabağ zəngi

ABŞ Dövlət katibi Mayk Pompeo Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla telefonla danışıb. Dövlət Departamentindən bildirilib…

28 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Ermənistanda panika: “Hər şeyi itirə bilərik”

Ermənistanın keçmiş baş naziri və keçmiş müdafiə naziri Vazgen Manukyan Paşinyan hökumətini istefaya və hakimiyyəti orduya təhvil verməyə çağırıb. Musavat.com-un…

28 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

Əraqçi Bakıya gəldi – niyə?!

İran İslam Respublikası xarici işlər nazirinin müavini Seyyid Abbas Əraqçi bir neçə dəqiqə əvvəl Azərbaycan Respublikasının paytaxtı Bakıya gəlib. Strateq.az İRNA-ya…

27 Oktyabr 2020
  • GÜNDƏM
  • XuralTAC

“Ermənistan PKK-çıları Şuşada yerləşdirib, Azərbaycan hərbçilərinin formasına uyğun geyindirib”

“Çox etibarlı kəşfiyyat məlumatlarına görə, Ermənistan hökuməti PKK terrorçularını Şuşa şəhərinə yerləşdirib və onlar Azərbaycan hərbçilərinin formasına uyğun geyindirilib”. Virtualaz.org bildirir…

27 Oktyabr 2020
Xural.COM