Azərbaycanda dollar ucuzlaşıb, avro bahalaşıb

dollar 1Bu gün dekabrın 8-i ilə müqayisədə Azərbaycanda 1 ABŞ dollarının məzənnəsi zəifləyib.

“APA-Economics”in məlumatına görə, Azərbaycan Mərkəzi Bankının (AMB) dekabrın 9-a olan rəsmi məzənnələr bülleteninə nəzər salanda məlum olur ki, ölkəmizdə dolların rəsmi məzənnəsi dekabrın 8-i ilə müqayisədə 0,0004 manat və ya 0,04% azalaraq 1,0496 manat olub.

Bivalyuta səbətinə daxil olan avronun məzənnəsinə gəlincə, Avrozonanın vahid valyutası 0,0066 manat və ya 0,58% artaraq 1,1387 manata yüksəlib.

Manata nəzərən Rusiya rublunun məzənnəsi dəyişməyərək 0,0152 manat səviyyəsində qərarlaşıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button