Azərbaycanda hərbi maşın aşdı, ölən və yaralılar var

11.02.2012 

Azərbaycan Müdafiə Nazirliyinə məxsus hərbi maşın aşıb.

Goranboy rayon polis şöbəsindən verilən məlumata görə, Tərtər-Goranboy yolunun Goranboy rayonu ərazisində “UAZ” markalı hərbi maşın buzlu yolda sürüşüb və aşıb.

Qəza zamanı Milli Ordunun bir əsgəri həlak olub, bir neçə əsgər isə xəsarət alıb.

Məlumata görə, avtomobil Ağcabədi rayonundakı hospitalda müalicə olunmuş əsgərləri hərbi hissəyə gətirirmiş.

Xəsarət alan hərbçilər Ağcabədidəki hərbi hospitala yerləşdirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin maşınları idarəetmə və istismar qaydalarını pozma zərərçəkmişin ölümünə səbəb olduqda (351.2-ci) maddəsi ilə cinayət işi başlanıb.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button