Azərbaycanda ilk dəfə olaraq Azercell Müştəri Xidməti Mərkəzi saat 23.00-a qədər fəaliyyət göstərəcək

Azercell Customer Center09 .04. 2014

1996-ci ildə, yarandığı gündən etibarən Azercell ölkəmizdə innovativ müştəri xidməti sistemi modelini quran və həyata keçirməkdə davam edən aparıcı şirkətdir. Şirkət müştərilərə xidmət sahəsində daim öz bacarıqlarını təkmilləşdirir və ölkədə fəaliyyət göstərən geniş sayda təşkilat və şirkətlərlərlə öz təcrübə və biliklərini bölüşür. Bu günlərdə Azercell Telekom yay mövsümünün başlanması ilə əlaqədar olaraq daha bir yeniliyini həyata keçirib. Belə ki, şirkətin Bəsti Bağırova küçəsi, 2 ünvanında yerləşən Müştəri Xidmətləri Mərkəzi həftə ərzində səhər saat 9.00-dan gecə saat 23.00-a qədər abunəçilərinə xidmət göstərəcək. Qeyd edək ki, müştərilərə xidmət sahəsində bu konsepsiyaya ölkədə ilk dəfə məhz Azercell tərəfindən tətbiq olunur. Bu yenilik abunəçilərə öz vaxtlarından daha səmərəli istifadə etməyə imkan yaradaraq Azercell-in müştəri xidməti mərkəzindən, demək olar ki, fasiləsiz şəkildə istifadə etməyə şərait yaradacaq. 

Məlumat üçün bildirək ki, Azercell Müştəri Xidmətləri sahəsində innovativ yenilikləri ilə hər zaman seçilib. Şirkət 1998-ci ildə ölkədə ilk dəfə olaraq 24/7 rejimində fəaliyyət göstərən Telefon Mərkəzi,2009-cu ildə isə Gəncədə ilk Regional Telefon Mərkəzini yaradıb. Öz müştərilərinə yalnız üz-üzə deyil, həm də virtual, “online” şəkildə xidmət göstərən Azercell sosial şəbəkələrdə də bu xidmətin keyfiyyətini yüksəldir. Müştəri məmnuniyyəti sahəsində göstərdiyi uğurlu xidmətlərinə görə, Azercell müxtəlif mükafatlara layiq görülüb. Belə ki, 2011-ci ildə  şirkət İSO 10002.2004 beynəlxalq standartına (keyfiyyətin idarə olunması-Müştəri məmnuniyyəti-şikayətlərə baxılmasına dair təlimatlar) uyğunluq sertifikatını alıb. Azercell Telekom MMC EN15838 Müştərilərlə Əlaqə Mərkəzi (Customer Contact Center) nişanını alan regionun ilk özəl şirkətidir. Eyni zamanda, sosial media üzərindən abunəçilərinin suallarını ən operativ cavablandırmasına görə Azercell “Socialbakers” beynəlxalq tədqiqat şirkəti tərəfindən diplomla təltif olunub.

Hazırda Azercell-in Bakıda 19, regionlarda isə 30 Ekspres Ofisi fəaliyyət göstərir. Bundan əlavə, Azercell-in Bakı şəhərində 4, bölgələrdə isə 6 Müştəri Xidməti mövcuddur ki, bunlar da səmərəli fəaliyyət və şirkətin daim inkişafda olmasının bariz nümunəsidir.

QEYD: Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə mobil xidmətləri, GPRS/EDGE (mobil internet), 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri, mobil elektron xidməti “ASAN İmza” və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 51% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2013-cü ilin sonuna Azercell abunəçilərinin sayı 4,5 milyon  nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4-cü nəsl şəbəkəsi olan LTE xidmətini təqdim etmişdir. Azercell Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük sərmayədarıdır. Azercell dünyanın 20 ölkəsində fəaliyyət göstərən, ümumilikdə 186 milyon abunəçiyə xidmət edən və 27 min əməkdaçı olan TeliaSonera şirkətlər qrupunun bir hissəsidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button