Azərbaycanda karantin yenə uzadılıb

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb.

Bu barədə Nazirlər Kabineti qərar qəbul edib.

Qərarda bildirilir ki, “koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə” Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2024-cü il aprelin 2-si, saat 06:00-dək uzadılır.

Azərbaycanda koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından karantin rejimidir. Yoluxma sayından asılı olaraq rejim arada sərtləşdirilsə də, sonra yenə yumşaldılıb. Onun müddəti dəfələrlə uzadılıb.

Bu karantin çərçivəsində Azərbaycanın quru sərhədində xarici ölkələrə gediş-gəlişdə hələ də məhdudlaşdırmalar saxlanıb.

Üstəlik, ölkədə fevralın 7-də növbədənkənar prezident seçkisi keçirilməlidir.

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 7 milyon civarında şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə indiyə kimi 834 mindən çox şəxsin bu virusa yoluxduğu, onlardan 10 min 400-ə yaxın şəxsin vəfat etdiyi bildirilir. Amma son ildə bu virusa yoluxmanın kəskin şəkildə azaldığı bildirilir.

ÜST pandemiyanın keçdiyini açıqlayıb.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button