Azərbaycanda koronavirusa 353 yeni yoluxma faktı qeydə alınıb

149 nəfər müalicə olunaraq sağalıb

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 353 yeni yoluxma faktı qeydə alınıb, 149 nəfər müalicə olunaraq sağalıb.

Xural.com xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 236 365 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 591 nəfər müalicə olunaraq sağalıb, 3 238 nəfər vəfat edib, aktiv xəstə sayı 3 536 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 436, bu günə qədər isə ümumilikdə 2 645 206 test icra olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Bunu da oxuyun
Close
Back to top button