Azərbaycanda qeyri-adi hadisə – FOTO
Xural.com-un oxucularından biri səhər yeməyi yeyərkən sürprizlə qarşılaşıb. Onun bildirdiyinə görə, Şəkidəki marketlərdən birindən aldığı yumurtanın içindən bir dənə də yumurta çıxıb. Xural.com xəbər verir ki, bu tip hallar tez-tez baş verir. Mütəxəssislər isə bildirirlər ki, belə hadisələr, yumurtlamağı təmin edən əzələlərdəki problem və ya toyuğun yumurtladığı vaxt qorxması zamanı baş verə bilər. Bu hadisə elmi diliylə “ovum en ovo” (yumurta içində yumurtacıq) şəklində adlandırılır.
XuralTAC