Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb

Azərbaycanda Qurban bayramı namazının vaxtı açıqlanıb.

Xural.com “Report”-a istinadən xəbər verir ki, bayram namazı avqustun 12-si saat 08:00-da Bakının Əjdərbəy məscidində, saat 09:00-da isə Təzəpir məscidində qılınacaq.

Eyni zamanda, Azərbaycanın bütün məscidlərində bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin bayram namazını Təzəpir məscidində qılacağı gözlənilir.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqustun 12-si və 13-ü qeyri-iş günüdür.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button