Azərbaycanda RİA Novosti saytına giriş bloklanıb
Amma Sputnik-Azərbaycan agentliyinin saytına giriş açıq qalır
İyunun 3-ü axşam saatlarından Azərbaycanda RİA-Novosti agentliyinin saytına giriş bloklanıb.
Rusiya Federasiyasının bu dövlət media orqanının internet saytına girişin məhdudlaşdırılması ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.
Bununla yanaşı, faktiki olaraq RİA Novosti-nin filialı olan Sputnik-Azərbaycan agentliyinin saytına giriş açıq qalır.
Qeyd edək ki, iyunun 3-də Rusiya dövlət agentliyi – RİA Novosti Qarabağ separatçılarının liderlərindən biri Artak Beqlaryanla müsahibə dərc edib.
Bu materialın məzmunu Azərbaycanın suverenliyinin pozulmasıdır və 2020-ci ilin noyabrında İkinci Qarabağ Müharibəsi başa çatdıqdan sonra Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarına ziddir.