Azərbaycanda rus dilinin onlara lazım olacağını bilirlər – Putin

“Mən bilirəm ki, prezident Əliyev respublikada rus dilinin öyrənilməsini hərtərəfli dəstəkləyir”.

Bunu Rusiya prezidenti Vladimir Putin iyunun 5-də beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə deyib.

“Bu, bütün vektorlar üzrə müşahidə edilir. Bu, nədən xəbər verir? Bu, ondan xəbər verir ki, Azərbaycan rəhbərliyi Azərbaycan vətəndaşlarına rus dilinin lazım olacağını bilir”, – Kreml rəhbəri bildirib.

Putin Moskva ilə Bakı arasındakı münasibətlərdən məmnunluqla danışıb, Rusiya-Azərbaycan əlaqələrinin “uğurla, etibarlı, çox praqmatik” inkişaf etdiyini vurğulayıb.

“Biz Azərbaycan rəhbərliyinin dövlətlərarası əlaqələrimizin məhz qarşılıqlı maraq və mən deyərdim ki, bir-birinə müəyyən səviyyədə rəğbət əsasında qurulmasının tərəfdarı olduğunu hiss edirik. Azərbaycanda rus dilində fəaliyyət göstərən və uşaqlara təhsil verən 300 məktəbin mövcudluğunu başqa cür izah etmək mümkün deyil”, – Rusiya prezidenti əlavə edib.

Azərbaycanda 4 min 400-ə yaxın tam orta məktəb fəaliyyət göstərir.

Azərbaycanda təqribən 300 məktəbdə tədrisin rus dilində aparılması birmənalı dəyərləndirilmir.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button