Azərbaycanda siyasi məhbusların sayı 28-ə çatdı

2011-ci ildə azadlıqdan məhrumetmə cəzasına məhkum olunan fəalların və onlara yaxın şəxslərin sayı oktyabrın 7-də 28-ə çatıb. “Media forum” saytı siyahını təqdim edir.

 4 may – gənc fəal Cabbar Savalanlı;

11 may – ruhani Azər Cəbiyev;

18 may – gənc fəal Bəxtiyar Hacıyev;

2 iyun – ilahiyyatçı Həsən Məmmədov;

17 iyun – xalq hərəkatı liderlərindən Nemət Pənahlı və dostu Ceyhun Fərzullayev;

29 iyun – ruhani Fəxri İlyasov;

21 iyul – AXCP fəalı Şahin Həsənli;

25 avqust – AXCP üzvləri Sahib Kərimov, Arif Alışlı, Zülfüqar Eyvazlı, Babək Həsənov, Elnur İsrəfilov, Müsavat fəalı Elşən Həsənov;

27 avqust – hüquq müdafiəçisi Vidadi İsgəndərli;

3 oktyabr – müsavatçılar Arif Hacılı, Tural Abbaslı, AXCP funksioneri Məhəmməd Məcidli;

4 oktyabr – ruhani İlqar Musayev;

7 oktyabr – Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Mövsüm Səmədovun qayını Firdovsi Məmmədrzayev, əmisi oğlu Dəyanət Səmədov, Masallı ruhanisi Fəramiz Abbasov, mayın 6-da keçirilmiş “Hicaba azadlıq” aksiyasının iştirakçıları Araz İsmayılov, Nurani Məmmədov, Rüfət Miriyev.

“Xural” qəzeti,

il 9, sayı: 054 (463), 08 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button