Azərbaycanda xəbər saytı BAĞLANDI

“Strateq.az” xəbər saytı fəaliyyətini dayandırıb.

Modern.az xəbər verir ki, bu barədə saytın təsisçisi və baş redaktoru Elxan Şükürlü bildirib. O qeyd edib ki, “Strateq.az” qeyri-müəyyən müddətədək fəaliyyətini dayandırır:

“Düz, 6 ildir – 2015-ci ilin 10 martından fəaliyyət göstərən və daha çox siyasi məzmunlu, analitik materiallarla görüşünüzə gələn, təsisçisi və baş redaktoru olduğum “Strateq.az” saytının fəaliyyətini qeyri-müəyyən müddətədək dayandırmaq qərarına gəldik.

Martın 10-dan etibarən, sayt yenilənməyəcək. Gələcəkdə fəaliyyətini bərpa edəcəksə də, mən baş redaktor olmayacam.

Bu 6 ildə çox az sayda olan, ancaq həddən artıq fədakar, bacarıqlı, milli-mənəvi dəyərlərimizi və həqiqi dövlət maraqlarımızı hər şeydən üstün tutan intellektual bir komanda ilə işlədik. 7 nəfərlə 70 nəfər kimi göründük!

Ancaq hər kəsə sübut etdik ki, bu ölkədə təmiz adını, şərəf və ləyaqətini ayaqlar altına atmayan, reketçiliklə, şantajla məşğul olmayan, sifarişlərlə “siyasi killer”lik etməyən, “reklam dilənçiliyi” ilə müxtəlif qapılarda sürünməyən jurnalistlərimiz də var!

Belə istedadlı və namuslu, zəhmətkeş jurnalistlərlə işlədiyim üçün çox şadam və onların hər birinə minnətdaram!

Bundan sonra bir kollektivdə olmaya bilərik, ancaq əsas odur ki, daha qalıcı münasibətlər – həddən artıq etibarlı, vəfalı dostlar, qardaş və bacılar qazandıq!

Eyni zamanda, bu 6 ildə bizi daim izləyən sadiq oxucularımızın da hər birinə təşəkkür edirəm!

Allah doğru yolda olanlarımıza kömək olsun!”

Xural.com bu xəbər üzüldü. Elxan Şükürlü Azərbaycan mətbuatının ən səmimi və bacarıqlı redaktorlarından biridir. Strateq.az saytı da fəaliyyət göstərdiyi 6 il ərzində analitik jurnalistikanın ən parlaq nümunələrindən biri oldu.

Şərh yazın
Share

Son Əlavələr

  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

“Ramiz Mehdiyev Əli Həsənova vəzifə verir?!”-VİDEO, 11.06.2021

Xural.com Xural TV-də Selcan Zeynallının aparıcılığı ilə yayınlanan "Xural Xəbər" proqramının 56-cı bölümünü təqdim edir...…

12 İyun 2021
  • MANŞET

A.Eynşteynlə Ben Qurionun möhtəşəm dialoqu – yeni kitab

Tanınmıış iqtisadçı Məmməd Talıblının  “ELM-KİTAB-MÜƏLLİM ÜÇBUCAĞI” adlı yeni kitabı nəşr olunub. Kitab əsasən elmin gücü, kitabın önəmi…

12 İyun 2021
  • MANŞET
  • XuralTAC

Əliyev və Ərdoğan Şuşada böyük saziş imzalayacaqlar

“Azərbaycana getdiyimizdə öncə Füzuliyə səfər edəcəyik, oradan da İlham Əliyev qardaşımızla Şuşaya gedəcəyik”. Virtualaz.org bildirir ki,…

11 İyun 2021
  • MANŞET
  • XuralTAC

“Sinovac” peyvəndi vurduranlar Avropaya necə gedəcək?

Xəbər verdiyimiz kimi, Avropa Komissiyası martın 17-də Avropa İttifaqı ölkələrində rəqəmsal koronavirus sertifikatlarının tətbiqinə dair…

11 İyun 2021
  • MANŞET
  • XuralTAC

“Azərsu” Şahbaz Xuduoğlunun qaldırdığı məsələyə reaksiya verib

“Azərsu” ASC Bakının Yasamal rayonunda, "Azərbaycan" nəşriyyatının yerləşdiyi binanın həyətində içməli su kranının zədələnməsi ilə…

11 İyun 2021
  • MANŞET
  • XuralTAC

İlham Əliyev Putini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.  Xural.com xəbər verir ki,…

11 İyun 2021
Xural.COM