“Azərbaycanda yüzə yaxın siyasi məhbus var”

Nurəddin Məmmədli22.06.2013

Xəbər verdiyimiz kimi  Brüsseldə səfərdə olan  Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Avropa komissiyasının  prezidenti Manuel  Borozzo ilə birgə keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanda onun heç bir siyasi opponenti həbs edilməyib. Xatırladaq ki, prezident ölkədəki çıxışları zamanı dəfələrlə özünün opponentinin olmadığını bəyan edib.

Moderator.az-ın sualını cavablandıran AXCP sədrinin müavini Nurəddin Məmmədlinin sözlərinə görə, iqtidar nümayəndələrinin bir-birinə zidd olan bəyanatlarına tez-tez rast gəlmək olar. “ Azərbaycanda siyasi məhbus məsələsinə gəldikdə isə dünyanın bütün nüfuzlu qurumları Azərbaycanda yüzə yaxın siyasi məhbusun olduğunu bəyan edib. Bundan əlavə öz əqidəsinə və inancına görə həbs olunan insanlar da var ki, bunlar da siyasi məhbus statusu ala biləcək şəxslər hesab olunurlar”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button