Azərbaycanda zəlzələ oldu

Avqustun 28-də Cəlilabad seysmoloji stansiyasından 8 kilometr cənubda – Cəlilabad rayonunda maqnitudası 3.5 olan zəlzələ baş verib.

Xural.com Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən bildirir ki, yeraltı təkanlar yerli vaxtla saat 11:05-də qeydə alınıb.

Ocağı 28 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 3 bala qədər hiss olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button