Azərbaycanın ən uzun körpüsü istifadəyə verilib

Dekabrın 8-də Şin çayının Şəkinin İnçə kəndindən keçən hissəsində 1300 metr uzunluğu olan, Azərbaycanın ən uzun körpüsü istifadəyə verilib.

SİA-nın xəbərinə görə, bu körpü Şəkinin 21 kəndini əhatə etməklə, ərazidə yaşayan 34 mindən artıq əhaliyə xidmət göstərəcək. Nəqliyyat Nazirliyinin “Azəryolservis” ASC-nin sifarişi ilə “Körpü-Bina-Tikinti” MMC-nin inşa etdiyi körpünün tikintisinə 2007-ci ilin mayında başlanılıb.

İnçə kəndi ərazisində Şin çayı üzərində salınan, Şəki və Qax rayonları arasında olan kəndləri birləşdirən bu körpünün ümumi uzunluğu 1300, eni isə 13 metrdir. Yol qovşağı 6 körpü və 5 suötürücüdən ibarətdir. Körpünün mühafizə qurğularının uzunluğu 1240 metrdir.

XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button