Azərbaycanın tanınmış tarixçi alimi koronavirusdan vəfat edib

Azərbaycanın tanınmış tarixçi alimi, tarix üzrə fəlsəfə doktoru Dilavər Əzimli vəfat edib.

Xural.com “Report”a istinadən xəbər verir ki, o, bu gün 62 yaşında koronavirusdan dünyasını dəyişib.

D.Əzimli bir müddət əvvəl Fövqəladə Hallar Nazirliyinin Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxanasına yerləşdirilmişdi.

Qeyd edək ki, Dilavər Mirzəkişi oğlu Əzimli 1959-cu il dekabrın 5-də Cəlilabad rayonunun Ağdaş kəndində anadan olub. O, 1987-1992-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib və təhsilini həmin fakültənin aspiranturasında davam etdirib.

D.Əzimli 1992-1994-cü illərdə Xarici İqtisadi Əlaqələr Nazirliyində aparıcı mütəxəssis vəzifəsində işləyib.

1994-cü ildən 2004-cü ilə kimi Azərbaycan mətbuatında müxtəlif qəzet və jurnallarda çalışıb. 2003-cü ildən AMEA-nın Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışıb, eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Universitetində “Türk və Şərqi Avropa xalqları” kafedrasında müəllim işləyib.

D.Əzimli milli-azadlıq hərəkatının fəallarından biri olub.

Allah rəhmət eləsin!

Şərh yazın
Share

Son Əlavələr

  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

“Deputat “uşaqpulu” məsələsinə dəstək verdi”-VİDEO 08.04.2021

Xural.com Xural TV-də Selcan Zeynallının aparıcılığı ilə yayınlanan "Xural Xəbər" proqramının 15-ci bölümünü təqdim edir:…

9 Aprel 2021
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

“Məktublardan boy göstərən problemlər…”-VİDEO 08.04.2021

Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı 8 aprel 2021-ci il, saat 19:00​-da canlı yayında Xural…

9 Aprel 2021
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

“Həbslər Ramiz Mehdiyevə qədər uzana bilərmi?”-VİDEO 08.04.2021

Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı 7 aprel 2021-ci il, saat 17:00​-da canlı yayında Xural…

9 Aprel 2021
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

“Türk Birləşmiş Ştatları – Turan qurulur?”-VİDEO 08.04.2021

Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı 8 aprel 2021-ci il, saat 15:00​-da canlı yayında Xural…

8 Aprel 2021
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

“Həbslər davam edir – İlqar İsmayılov həbs edildi…”-VİDEO 06.04.2021

Xural.com Xural TV-də Selcan Zeynallının aparıcılığı ilə yayınlanan "Xural Xəbər" proqramının 013-cü bölümünü təqdim edir:…

7 Aprel 2021
  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

“Hanı hakimiyyət – Rusiyaya niyə göz yumulur?!”-VİDEO 06.04.2021

Xural Media Qrupunun rəhbəri Əvəz Zeynallı 6 aprel 2021-ci il, saat 19:00​-da canlı yayında Xural…

7 Aprel 2021
Xural.COM