“Azərbaycanla təzyiq dilində danışmaq qeyri-mümkündür“

Eli Ehmedov19.06.2013

YAP sədrinin müavini Əli Əhmədov beynəlxalq təşkilatların son hesabatları və Azərbaycanla sərt tonda danışılmasına çağıran bəyanatlara münasibət bildirib.

Ə.Əhmədov bildirib ki, belə bəyanatları səsləndirənlər diplomatik tonun, etiketin nədən ibarət olduğunu unudurlar: “Azərbaycan kifayət qədər güclü dövlətdir və güclü Azərbaycan dövlətinin lideri ilə hansısa tonla danışmaq mümkün deyil. Azərbaycan rəsmiləri bu məsələyə birmənalı münasibət bildiriblər. Azərbaycan Avropa Birliyi və digər beynəlxalq strukturlarla əməkdaşlıq edir və bu tərəfdaşlıq münasibətlərində səmimi olduğunu kifayət qədər sübuta yetirib. Belə olan halda Azərbaycanla hansısa tonda danışmaq yersizdir və mümkün deyil. Hesab edirəm ki, prezident İlham Əliyevin Avropa Birliyinin rəhbər şəxsləri ilə görüşlərini nəzərdə tutan səfərlərində bunun bir daha şahidi olacağıq. Avropa və Azərbaycan bir çox məsələlərdə tərəfdaşlıq edir. Hesab edirəm ki, Azərbaycan Avropa üçün böyük dəyər daşıyan dövlətdir. Avropa Birliyi buna çox gözəl başa düşür. Azərbaycanla təzyiq dilində danışmaq qeyri-mümkündür və ölkə lideri də buna imkan verməz”.

Ayrı-ayrı beynəlxalq təşkilatların Azərbaycandakı siyasi prosesləri təhrif edən hesabat və bəyanatlarına rəsmi Bakının münasibət bildirdiyini deyən Ə.Əhmədov qeyd edib ki, bunun heç bir əsası yoxdur: “Azərbaycanın siyasi mənzərəsi Azərbaycan vətəndaşlarının gözləri qarşısındadır. Azərbaycanın demokratik inkişafı xalqın iradəsi əsasında həyata keçirilir. Beynəlxalq təşkilatların dəyərləndirmələrində biz dəfələrlə burada subyektiv məqamların, yanaşmaların olduğunu bildirmişik. Nə qədər ki, obyektiv yanaşma olmayacaq, Azərbaycan vətəndaşları subyektiv təhlillər əsasında hazırlanmış hesabatlara öz etirazını və mənfi münasibətini bildirəcək».

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button