Azərbaycanlı “Drakon”dan Zəhranın qisasını almaq çağırışı: “Qisasını almayanların … !!!”

Rza RZAYEV

Bilmirəm, girişi necə verim, necə deyim – hər şey deyilmiş kimidir. Adama elə gəlir ki, sondur, bundan o tərəfi yoxdur, amma hər gün eyni şey təkrarlanır, təkrarlandığı üçün də adiləşir.

Bir can alınıb – bizdən olduğu üçün. Bizim bəxtimiz ondan bir az çox gətirib, düşməndən uzağıq, o isə düşmənə çox yaxın idid, düşmən də onu yaxın bilmədi – öldürdü!

Uşaq idi – həyata bağlı, hələ böyüməmişdi, onu həyata nələrin daha çox bağlayacağını bilmirdi.

Bizsə, bilirik bizi həyata daha çox nələr bağlayır, bu bağları qırmağı hələ bacarmamışıq. Bacarmırıq da…

Zəhranın ölümü həyatımızın bir gününü də zəhərə çevirdi, zəhərlənən adamlar kimi bulana-bulana gəzdik. Nə boğazımızdan yemək keçdi, nə də su.

Səhərə qədər yata bilmədim, çöldə qaldım, yemədiyim “şeyləri” qaytarmaq istəyirdim, qaytara bilmirdim. Hamı kimi, mədəmdəki “boşluğu” doldurmaq istəyirdim. Axı mədəmizi dolduranda biz hər şeyi unuduruq…

Düşmən alçaqdı, alçaqdan vurur. Bəs biz niyə bu qədər alçalırıq?! Zəhranın atasının mədəsinin boş olduğunu bildiyimiz üçün ona iş təklif edirik. Mədəsini doldursun, Zəhranı unutsun?! Bəlkə də, dünyanın ən uca yerində biz qədər alçalanlar yoxdur. Günahkar bizik, düşmən təcrübədən keçirib, bilir ki, Zəhranın ölümü qisas hissi yaratmayacaq! Yoxsa, Zəhranın atasının yerinə, gülləni ona tuşlamazdı. Düşmən bilsə ki, Zəhranın atası bir Zəhraya görə əvəzində on nəfər öldürəcək və yaxud ən azı buna cəhd edəcək, o, bu qələti etməz! Çünki düşmən hələ belə təcrübə ilə rastlaşmayıb.

Düşmən bizi bizdən yaxşı tanıyır. Bilir ki, biz yandırdığımız binada, yanan körpənin əvəzinə ev almışıq və yaxud ondan da böyük mənzil almışıq – susmuşuq!

Və yaxud uçan binanın altında qalan iki gəncin yerinə müxtəlif “əvəzləşmələr ” etmişik – susmuşuq! 

Maşınımızın altına “saldığımız” insanların əvəzini maşınla ödəmişik – susdurmuşuq!

Səhlənkar həkimlərin yarıda qoyduğu ömürə “Allahın işidi” deyib – susdurmuşuq!

Dövlət var, ordu var, silah var – bunu bilirik; dövlətin əlini bağlayan səbəbləri də bilirik – beynəlxalq təşkilatlar, super dövlətlər… Bunlarla üz-üzə gəlməyin dövlət olaraq çətinliyini də bilirik, bunlar öz yerində.

Olmayan vətəndaşdır, şəxsdir, fərddir. Bu gün dünya güclərini qorxudan dövlətlər, ordular deyil, vətəndaşlardı, fərdlərdi, şəxslərdi. Necə ki, bir ordunun edə bilmədiyini Mübariz etdi – vətəndaş, fərd, şəxs kimi. Necə ki, bir dövlətin, bir ordunun edə bilmədiyini Şahbaz, Həsən, Dilqəm etdi. Qisaslarını aldılar – bir vətəndaş, şəxs, fərd olaraq…

Düşmən böyük güclərlə dövlətimizin, ordumuzun qolunu bağlaya bilər, müasir dövrdə bu mümkündür, reallıqdır, amma biz düşmənə göstərməliyik ki, vətəndaş olaraq, fərd olaraq, şəxs olaraq, bizim qolumuzu başqaları ilə bağlamaq mümkün deyil! Biz mübarizəmizi, qisasımızı, vətəndaş, şəxs, fərd olaraq aparmalıyıq, almalıyıq, şəxsi qisasımızı önə çıxarmalıyıq, düşməni qorxutmalıyıq!

Zəhranın atası hərbi geyimdə yox, mülki geyimdə düşmən səngərində özünü partlatmalıdır – heç nə düşünmədən, ən azı, on düşmən öldürməli, cəsədlərinin parçalaraını göyə sovurmalıdır! Zəhrasının qisasını almalıdır! Nümunə, təcrübə yaratmalıdır, düşməni vahiməyə salmalıdır! Amma bundan öncə, ən uca yerlərdən birinin zirvəsinə qalxmalı, hamımızın eşidəcəyi səslə deməlidir: “Məndən sonra Zəhralarının qisasını almayanların …” !!!

Əlaqəli məqalələr

2 şərh

  1. Bəziləri bu son yaşadığımız qətliama şeyir yazır, bəziləri söyüş qoyur…

    Hər ikisi bu məqamda yalançı “vətənpərvərlik” nümayiş etdirərək əslində sadəcə özünün reklamı, piarı ilə məşğuldurlar…

    Guya başa düşmürlər ki, Qarabağı azad etmək və məsələni birdəfəlik həll etmək hakimiyyətin və onu hakimiyyətə gətirən bugünkü ofisioz “müxalifətin” marağında deyil!…

    Hər ikisi bu Qarabağ problemindən kifayət qədər yararlanıblar, bəhrələniblər və yararlanmaqda, bəhrələnməkdə davam edirlər…

    Qarabağ məsələsi olmasaydı Əbülfəzi, İsanı, Arifi, Əlini və onlarla digər AXC rəhbərini və fəallarını kim tanıyacaqdı? – Heç kəs!.. Məgər bunlar bu Qarabağ məsələsindən əvvəl siyasi aləmdə idilər? – Yox!… Məgər bunlar bu məsələyə qədər siyasətlə məşğul idilər? – Yox!… Məgər bunlar kommunist partiyasına və sovet hökumətinə qarşı mübarizə etmək niyyətində idilər və bunu edirdilər? – Yox! Əsla yox!…

    Və eynilə Qarabağ məsələsi olmasaydı məgər Heydər Əliyev, Ramiz Mehdiyev və bunların partokrat komandası hakimiyyətə qayıdacaqdılar? – Dünyasında qayıtmayacaqdılar!…

    Vəssalam!…

    Deməli bunlar üçün Qarabağ məsələsi ən yerinə düşən bir məsələ, göydən düşmə oldu!…

    Dığalar və axçıklər dəridən qabıqdan çıxdılar ki, bizim öz “vətənpərvərlərimizin” əlləriylə Azərbaycanı uçuruma aparsınlar və istədikləri nəticəyə nail olsunlar… Və nail da oldular!…

    İstər hakimiyyətin, istər AXC “müxalifətinin” qarantı ilk növbədə ABŞdır, sonra isə Rusiyadır. Bəs bunlar nə deyir? Bunların hər ikisi deyir ki, imkan vermərik ki, Azərbaycan silah, müharibə yolu ilə Qarabağ problemini həll etsin… Bu nə deməkdir? Bu o deməkdir ki: “Haylar düz edib və etdiklərində haqlıdırlar!”…

    Əgər ağa-himayədar bu cür deyirsə – nökər başqa hərəkət edəcək?! – Əlbəttə yox!…

    Ona görə də şeyir yazma da, söyüş qoyma da – millətin hirsini ciddilikdən romantik xülyalara aparmağa və bunla da xalqı sakitləşdirməyə yönələn-hesablanan hərəkətlərdir…

    Başa düşmək lazımdır ki, nə indiki hakimiyyət, nə də indiki AXC “müxalifəti” heç zaman ən yaxşı geosiyasi vəziyyətdə belə Qarabağı azad etmək niyyətində deyillər və heç zaman azad etməyəcəklər…

    Niyə? Əvvəla ona görə ki, hər ikisi vaxtilə öz başına yox dünyanın güc mərkəzləri tərəfindən hakimiyyətə gətirilmişdilər və bu vaxta qədər də himayə olunurlar…
    İkincisi isə ona görə ki, bunlar üçün hər zaman birinci yerdə hakimiyyəti qoruyub saxlamaq olub – bütün digər məsələlər isə həmişə ikinci planda durub və durur!…

    Bunların hər ikisinin, istər hakimiyyət kürsüsündə olanların, istər “müxalifət” kürsüsündə olanların, pafoslu çıxışları və əzələlər nümayişi – şoudan başqa bir şey deyil!…

    Müxalif fikirli insanlar nəhayət ki, dərk etməlidir ki, bütün bəlaların bünövrəsində duran indiki kapitalist iqtisadi-siyasi sistemdir ki, istər hakimiyyət, istər AXC “müxalifəti”, ekiz qardaş kimi bu sistemin yaradıcıları və dəstəkləyiciləridir!…

    Azərbaycanda indiki siyasi-iqtisadi sistemin fundamental şəkildə əleyhinə olan əsl müxalifət yaranmalıdır!… Və elə bir müxalifət ki, indiki hakimiyyətdən və indiki AXC “müxalifətindən” fərqli olaraq yalnız millətinə, xalqına bağlı olsun, ipi-sapı dünyanın güc mərkəzlərinin əlində olmasın!…

    Bu cür müxalifət yaranmayacan, və səmimi müxalif meylli insanlar burada cəmləşməyənəcən, bu yeni əsl müxalifət özünü cəmiyyətdə təsbit etməyənəcən – hər şey boş şeydir!… O vaxtacan nə Qarabağ azad olacaq, nə də bu xalq azad olacaq!

    Oqtay Ataxan

    11.07.2014

    1. Qardashim Oqtay görünür ki, cox cavandir ve müxalifete qarshi da ifrat ve saygisiz münasibet sergileyib, hec olmasa Ebülfez beyin heyati ile yaxindan tanish olmaq lazim idi [shehid, qazi, vetenden didergin düshen, vetende cürüyen müxalifetciler ve daha neler, neler]. Olan shexsiyyetlerimizin hamisini qaralamaqla ugurlu ola bilmek cetin meseledir, bir-birimize yeterince saygi göstermeyi bacarmaliyiq. Rza beyin yazisi cox gerklidir, kash ki, xalqin hec olmasa on faizi bele düshüneydi. Saygilarla Reshad.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button