Azərbaycanlı fransız qadın 63 ildən sonra vətəninə döndü

Böyük Vətən müharibəsindən sonra azərbaycanlı partizan Səməd Şirməmmədovla ailə həyatı quraraq Azərbaycana pənah gətirmiş əslən fransadan olan İvonna Botto Jan 63 illik uzun fasilədən sonra öz vətəninə yola düşüb. Onun Hava Limanından yola salınmasında mətbuat nümayəndələri və “Kür” Vətəndaş Cəmiyyəti Qərargahının üzvləri iştirak ediblər.

Hava limanında jurnalistlərlə görüşündə İvonna xanım 63 illik həsrətdən sonra Fransya dönməyin həyəcanını yaşadığını bildirib. Azərbaycanı özünə vətən hesab etdiyini bildiriən İvonna xanım qeyd edib ki, Fransaya 10 günlük gedir və o hökmən Azərbaycana dönəcək. Onu Azərbaycana qırılmaz tellər bağlayır, onun yolunu 7 övladı, 30 nəvəsi, 22 nəticəsi, yaxınları, doğmaları və onu tanıyan, sevən digər insanlar gözləyir. Fransız xanım bildirib ki, səfər zamanı o, qohumları ilə görüşəcək, doğmalarının məzarını ziyarət edəcək, doğulub boya-başa çatdığı yerləri ziyarət edəcək, təhsil aldığı məktəbə gedəcək.

Xatırladaq ki, İmişli rayonunun Murquzallı kəndində yaşayan, əslən Fransadan olan İvonna xanım Botto Jan bu ilin iyun ayında “Kür” Vətəndaş Cəmiyyəti Qərargahına müraciət edərək 2010-cu ilin yazında baş verən daşqınlar zamanı qəzalı vəziyyətə düşən evinin tikilməsi və doğma vətəninə getmək arzusunu özündə ehtifa edən məktubun ölkə prezidenti və Fövqaladə Hallar nazirinə çatdırılmasını xahiş etmişdi. 83 yaşlı fransız xanımın məktubunu aidiyyatı orqanlara çatdıran və problemi ictimailəşdirən “Kür” Qərargahının bu addımından sonra İvonna xanımın ailə həyatı, keçdiyi ömür yolu, hazırkı yaşayış vəziyyəti təkcə Azərbaycan hökümətinin, yerli qəzet və televiziyaların deyil, beynəlxalq mətbuatın da diqqət mərkəzində olub.

Fransya səfərinin reallaşması ilə yanaşı, İvonna xanımın digər arzusu da gerçəkləşir – yaşadığı İmişli rayonunun Murquzallı kəndinə Fövqaladə Hallar Nazirliyi tərəfindən onun üçün hazırda 3 otaqlı ev tikilir.

“Xural” qəzeti,

il 9, sayı: 057 (466), 11 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button