Rubrikalar: İQTİSADİYYAT XuralTAC

Azərbaycanlı oliqarx milyonerlər adasındakı evini satdı

Azərbaycan əsilli rusiyalı milyarder-oliqarx Araz Ağalarov ABŞ-ın Flordida ştatındakı Fişer adasındakı (Mayami sahilləri) elit “Palazzo Del Sol” kompleksindəki mənzilini 8.5 milyon dollara satıb. Virtualaz.org “The Real Deal” daşınmaz əmlak saytına istnadən xəbər verir ki, sənədlərə əsasən həmin mənzili alan rusiyalı Boris reznikdir. Reznik “Biorasi” araşdırma şirkətinin əsasını qoyub və onun arvadı Larisanın adına Fişer adasındakı “Seaside Village” kompleksində mənzil, habelə Aventurdakı “Hamptons Sotuh” kompleksində kondominium qeydiyyatdadır.

Bildirilir ki, Ağalarovun mənzilinin satışına dair sövdələşməyə əsasən 4738 kv. Fut ölçüsündə olan əmlak üçün hər kv.futa görə 1786 dollar hesablanıb. Lakin bu qiymətə mənzilin mebeli daxil deyil. Alıcı mebellər üçün əlavə 930 min dollar da ödəyib və nəticədə əmlakın ümumi satış qiyməti  9.4 milyon dollar olub.

“Luxe Living Realty” şirkətindən Dora Duiq bu sövdələşmədə həm satıcını, həm alıcını təmsil edib. Sənədlərə əsasən həmin mənzil 2016-cı ildə 10.7 milyon dollara satılmışdı.

Qeyd olunur ki, Araz Ağalarov həm Rusiya prezidenti Vladimir Putin, həm ABŞ prezidenti Donald Trampla şəxsi münasibətlərə malikdir. Onun oğlu Emin Ağalarov 2016-cı ilin iyulunda Nyu-Yorkdakı “Trump Tower”də Trampın oğlu və kürəkəni ilə rusiyalı vəkil Natalya Veselnitskaya arasında görüşü təşkil etmişdi.

Həmin görüşdə rusiyalı vəkil Hillari Klinton barədə kompromatlar ötürməliydi, amma kiçik Donald Tramp bildirir ki, söhbət başlayanda Veselnitskayanın əlində kompromatların olmadığı bəlli olub. Hazırda həmin görüşü və Trampın Ağalarovla əlaqələrini Rusiyanın seçkilərə müdaxiləsi işi üzrə istintaqı aparan xüsusi prokuror Robert Müller araşdırır.

İstisna deyil ki, Ağalarovun ABŞ-dakı əmlakını satması bu istintaqla və ümumiyyətlə adının ABŞ-ın sanksiya tətbiq etdiyi rusiyalı oliqarxlar siyahısında yer alması ilə bağlı ola bilər. Fişer adası milyonerlər və milyarderlər adası kimi tanınır, oranın sakinləri ancaq zənginlərdir.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Hüquq müdafiəçisi Əlövsət Sadıqlı Bakı şəhər Prokurorluğuna çağırılıb

Xural.com xəbər verir ki, bu barədə o, özünün feysbuk səhifəsində məlumat yayıb. Əlövsət Sadıqlı sabah, yəni 18.11.2019-cu il tarixdə saat…

18 Noyabr 2019
  • SİYASƏT
  • XuralTAC

Tramp üçün çətin günlər başladı-İMPİÇMENT

Ağ ev bu gün ABŞ prezidenti Donald Trampla Ukrayna prezidenti Vladimir Zelenskinin ilk telefon söhbətinin stenoqramını yayıb. Bu söhbət 21…

17 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Aqşin Yenisey xəstəxanaya yerləşdirilib

Tanınmış şair, yazıçı Aqşin Yenisey xəstəxanaya yerləşdirilib. Bu barədə “Report”a onun yaxınları məlumat verib. Bildirilib ki, A.Yenisey bu gün mədə…

17 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Tərtərin icra başçısının saysız-hesabsız obyektləri

Tərtər rayonunun icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonda çoxsaylı kommmersiya obyektlərinə sahibdir və onları icarəyə verib. Xural.com virtualaz.org-a istinadən xəbər…

17 Noyabr 2019
  • GÜNDƏM
  • XuralTAC

Arif Hacılı istefa tələblərinə sərt cavab verdi

Almaniya federal polisi tərəfindən mühacir alveri ilə məşğul olmaqda ittiham olunan şəxslərin saxlanması bu qalmaqalda adı hallanan Müsavat Partiyasında ciddi…

16 Noyabr 2019
  • CƏMİYYƏT
  • GÜNDƏM
  • XuralTAC

Ramiz Mehdiyev AMEA-da – idarə və şöbələr ləğv olunub

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) struktur islahatları aparılıb. Bu barədə “Report”un sorğusuna cavab olaraq AMEA-dan bildirilib. AMEA prezidenti, akademik Ramiz Mehdiyevin…

13 Noyabr 2019
Xural.COM