Azərbaycanlılar İrandakı soydaşlarını dəstəkləmək üçün rəqs edirlər

Sosial media kampaniyası İran azərbaycanlılarından Azərbaycana yayıldı.

Azərbaycanda sosial media istifadəçiləri Şimali İranda yaşayan etnik qardaşları ilə həmrəylik nümayiş etdirmək üçün çəkdikləri videoda rəqs edirlər.

Kampaniya İran əhalisinin təxminən dörddə birini təşkil edən etnik azərbaycanlılar arasında başladıldı və İranda, xüsusən azərbaycanlıların sıx yaşadığı İranın şimal hissəsindəki zəif iqtisadi şəraitə, o cümlədən digər problemlərə etiraz etmək üçün sosial mediada yayıldı.

Etiraz aksiyası İran azərbaycanlısı müğənni Əliərza Şərifzadənin “Səni deyirlər” mahnısının sədaları altında rəqs edərək keçirilir.

Daha sonra aksiya İranın-Azərbaycan sərhədinin şimalına yayıldı. Burda “İnstagram” və “Twitter” istifadəçiləri öz videolarını Azərbaycanda istifadə edilən latın əlifbası ilə, mahnının adını qeyd edərək #sənideyirlər haştaqı ilə yayımlayırlar.

Azərbaycan XIX əsrdə Rusiyanın bəzi zamanlarda “Şimali Azərbaycan” adlandırılan hazırkı müstəqil Azərbaycanı işğal etməsindən sonra iki yerə ayrıldı.

Azərbaycanlılar İrandakı qardaşları ilə qohumluq əlaqələrini hiss edirlər, ancaq belə həmrəylik aksiyaları nisbətən nadir hallarda olur.

“İlk dəfədir ki, Şimali Azərbaycanda sosial media Cənubi Azərbaycan tendensiyasına üstünlük verir”, – deyə azərbaycanlı sosial media istifadəçisi Cavid Ağa bildirib:  “Görünür bu illər ərzində çatışmayan yeganə şey musiqi imiş”.

“İran elə bir ölkədir ki, orada rəqs etdiyiniz, ən böyük etnik qrup olan Azərbaycan türklərinin musiqilərini təbliğ etdiyiniz, hicabsız olduğunuz və ya cinsi azlıqların haqlarını müdafiə etdiyiniz üçün cəzalandırıla bilərsiniz”, – araşdırmaçı jurnalist Xədicə İsmayılova öz “Facebook” hesabında qeyd edib: “Bu, ən böyük həmrəylik aksiyalarından biridir”.

Azərbaycanlıların rəqs aksiyası sosial mediada müzakirələrə səbəb olan iranlının rəqsindən sonra həyata keçirilməyə başladı. Belə ki, bir iranlı qadın öz rəqs videosunu “İnstagram”da yayımladıqdan sonra həbs edilmişdi. İranlılar və digərləri öz rəqs videolarını paylaşaraq həmrəyliklərini nümayiş etdirirlər.

“Səni deyirlər” mahnısı Urmiya gölünə – Şərqi və Qərbi Azərbaycan ərazisində yerləşən İran əyalətindəki quruyan duz gölünə həsr olunub.

Gölün qurudulması ölkədə Azərbaycan mədəniyyətini və siyasi fikirlərini boğmağa çalışan hökumətə qarşı etiraz edən İran azərbaycanlıları üçün əsas diqqət mərkəzinə çevrilib.

“Urmiya dəryası nə üzməlidir, ancaq onu qurutdular”, – Şərifzadə mahnıda oxuyur. Mahnı “Çox yaşa, Azərbaycan” sözləri ilə bitir.

Rəqs etmək istəməyənlər kampaniyanı digər yollarla dəstəkləyirlər. Aktivist Səmra Sədrəddinli “Cənubi azərbaycanlı gənclərin Ana Dili Hərəkatını və rəqs mübarizələrini dəstəkləyin. Mənim Rac Kapur stilində oynamağımı görməyinizi istəmirəm, buna görə də mən Təbrizdən çəkdirdiyim fotoşəkillə buradayam” başlığı ilə İranın ən böyük şəhəri olan Təbrizdə çəkilən şəklini paylaşdı.

Kampaniya hətta Azərbaycanın müxalifətçi siyasətçilərinə də sıçradı. Bir “Facebook” istifadəçisi müxalifət lideri İlqar Məmmədovun videosunu yayımladı və ad çəkmədən digər müxalif qruplarını təsiri olmayan və yalnız hökumətə işləyən mitinqlər təşkil etməklə ittiham etdi.  İstifadəçi videonun başlığında “Səni deyirlər” yazdı.

Hökumət özü üçün səssizliyini qoruyur. Tehran Azərbaycan separatizminin hər hansı bir təzahürünə qarşı son dərəcə həssasdır və rəsmi Bakı İran hökuməti ilə qarşıdurmadan qaçmaq üçün səy göstərərək, İran azərbaycanlılarının məsələsinə geniş yer ayırır.(meydan.tv)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button