Rubrikalar: ARAŞDIRMA XuralTAC

“Azərbaycanlılar Qarabağ uğrunda ölmək istəmirlər…”

İlham İsmayıl
Təhlükəsizlik eksperti
Avropa niyə hesab edir ki, “Azərbaycan Qarabağ uğrunda vuruşmayacaq”?
Xüsusi maraq yaratmadığı halda bəlkə də ermənilərin hansı ölkədə, kimlərlə, harda görüşündən məlumatın verilməsini məqsədəuyğun hesab etməzdik. Amma, o görüşdəki bizim də adımız çəkilir, Azərbaycan və onun vətəndaşları müzakirə predmeti olur, istər-istəməz maraq oyadır. Ermənistan politoloqlarından, QHT üzvlərindən, jurnalistlərdən və dövlət qurumlarında çalışanlardan ibarət nümayəndə heyəti 30 mayda Rumıniyanın paytaxtı Buxarestdə rumın kolleqaları ilə toplantı keçirib. Ermənistanın perspektiv siyasi kursu müzakirə olunub, Rumıniyadan olan Avropa parlamentinin üzvü Kristina Preda toplantı iştirakçıları qarşısında çıxış edib və “məxməri inqilab”dan sonra Avropa İttifaqının Ermənistana marağının artdığını və ermənilərin də bundan istifadə etmələrini bildirib. Necə? Bu sualı verən erməni nümayəndə heyətinə, Parlament üzvü  Gürcüstan, Ukrayna, Moldova kimi- cavabını verib. Avropa İttifaqının deputatı Rusiyadan ayrılmağı, Qərbə üz tutmağı açıq söyləyib. Müzakirədə iştirak edən analitik Armand Qoşu Qarabağ məsələsində Azərbaycanla dil tapmağın ermənilərə xeyri olacağını deyib və görün bizi necə xarakterizə edib.
Armand Qoşu, çıxışına başlamazdan əvvəl ”sərtliyə” və “səmimiyyətə” görə üzr istəyərək qeyd edib:
“Mən özüm bir zaman Gürcüstanda, Azərbaycanda və Ermənistanda işləmişəm. Rusiyaya təhlükəsizlik baxımından bel bağlamaq olmaz. Əgər təhlükəsizlik baxımından yalnız Rusiyaya güvənirsinizsə, sonuna qədər onun məhbusu olaraq qalacaqsınız. Rusiya Qarabağ münaqişəsindən Bakı və İrəvana təsir etmək üçün istifadə edir. Bunu anlamaq lazımdır. 30 ildən sonra bunu anlamırsınızsa, gələcəkdə böyük problemlər olacaq. Mən Bakı, İrəvan və Tiflisdə çalışdım, bölgənizi yaxşı bilirəm. Azərbaycanlılar mübarizə aparmayacaq, Qarabağ uğrunda ölmək istəmirlər, onların Qarabağ üçün vuruşmaq həvəsi yoxdur “.
Bəli, bu məqalənin yazılmasına da səbəb rumın analitikin Azərbaycan haqqında yuxarıda qeyd olunan fikirləri oldu. Niyə Avropada belə bir təsəvvür yaranıb ki, biz torpağımız uğrunda vuruşmaycağıq? Qəribə deyil? Təsadüfi adam da bunu söyləmir, izahat verir ki, Azərbaycanda çalışıb. Deməli, bizi də yaxşı tanıyır, həm də bu, yalnız onun qənaəti deyil. Qeyd edək ki, Qərbdən, hətta Rusiyadan olan siyasilərin də belə mövqeləri əvvəllər də səslənib. Sizcə, niyə Avropada bizlər haqqında belə təsəvvür formalaşıb? Cavab sadədir: 25 ildir işğal olunan torpaqlarını azad etmək üçün barmağını barmağının üstünə vurmayan dövlət, millət haqqında başqa nə cür düşünə bilərlər? Hələ Avropa yaxındır, uzaq Argentinada da belə fikirləşirlər. Orda erməni dilində iki qəzet çıxır, hətta onlar da bu fikirdədə olduqlarını yazırlar. Hamı bizim vuruşmaq istəyimizin olmadığı qənaətindədir. Qarabağ uğrunda 20 min şəhid verən bir ölkə niyə bu günə qaldı ki, indi kənardakılar da düşmənlərə deyirlər ki, “Azərbaycan Qarabağ uğrunda vuruşmaq istəmir”. Bu reallıqdır və avropalılar da 25 illik reallıqdan çıxış edirlər. Ermənistanın partiya lideri Tsarukyan da bunu bilir və ona görə də dünən parlamentdə bəyanat verir ki, “Qarabağ problemi bizim üçün artıq qurtarıb. Qalıb Artsaxın beynəlxalq aləmdə tanınması”.
Son günlər şübhəli məqamlar çoxaldıqca adamı vahimə basır, bəlkə hardasa, hansısa vədlər verilib və erməninin dediyi kimi, bircə qalıb beynəlxalq tanınma? Görün, biz nə qədər özümüzü Qarabağ probleminə  laqeyd və biganə göstərmişik ki, yeddi buyana yadlar da uzaqdan, yaxından müşahidə edib deyirlər ki, ”Azərbaycan Qarabağ uğrunda vuruşmaq istəmir”.
Yeri gəlmişkən, görüşdə iştirak edən erməni nümayəndə heyətinin üzvü, Qafqaz İnstitunun direktoru Aleksandr İsgəndəryan onlara nümunə kimi göstərilən Gürcüstan, Ukrayna və Moldova haqqında belə deyib: “Ermənistan adı çəkilən ölkələr içərisində yeganə ölkədir ki, SSRİ dağlandan sonra, sərhədlərini qoruyub, ərazilərini itirməyib, faktiki olaraq ərazilərini daraltmayıb, əksinə genişləndirib. Sizin dediyiniz ölkələr bu məsələdə özlərini tərifləyə bilməzlər”.
Öyünə bilməyən ölkələrdən biri də bizik. Amma, qürurla yaşamağımızın imkanları tüknməyib. Qarabağda axırıncı döyüşdən üç ildən çox keçib. O döyüşün qısamüddətliyi və yaşayış məntəqəsini azad edə bilməməyimiz də avropalılara və elə düşmənin özünə də “vuruşmaq istəmirlər” fikrini aşılayıb. Biz-Azərbaycan Ordusu, əsgərləri avropalılarda, düşməndə, qeyrilərində, hətta bəzi  özümüzünkülərdə də formalaşan bu təhlükəli fikri, qənaəti bir gündə darmadağın edə bilərik. Edək, qoy gedib sonra nə istəyirlər fikirləşsinlər, bizi qınasınlar, parlamentimizdə çıxış edən rumın deputat bizim azadlıq müharibəmizi işğalçılıq hesab etsin, amma bizim Qarabağ uğruna savaşdığımızı dünya bir də görsün.
Paylaş:

Son Əlavələr

  • XuralTAC

Minsk qrupunun sabiq amerikalı həmsədrindən sensasion təklif

ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağın BMT-nin protektoratı altına verilməsi barədə sensasion təkliflə çıxış edib. Virtualaz.org bildirir…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

“Kükreyen aslanlarız, deviz, atəşiz, kanız…”-VİDEO

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən və iyulun 29-dan başlayan birgə irimiqyaslı hərbi təlimlərdən yeni görüntü paylaşıb. Virtualaz.org xəbər verir…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

“Ərdoğan xəritəni yenidən çəkir” – Şok iddia

Fransada nəşr olunan “Le Figaro” qəzetində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fateh Sultan Məhmətə bənzədilib. Teleqraf.com xəbər verir ki, sözügedən məqalə…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Baş prokuror və hərbi prokurora əlavə müavin vəzifələri təsis edilib

Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında aparılan struktur islahatlardan danışıb. Musavat.com-un məlumatına görə, avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

SMS və icaze.e-gov.az portalı ilə icazə ləğv olundu-Bu gündən

Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Razi Nurullayev MM-də sərt danışdı: “Bəsdirin millətin əsəblərini korladınız, hər kəsi psixoz etmisiniz”

“Büdcəyə edilən dəyişikliklər yaxşıdır. İndi bütün Azərbaycanın gözü bizdədir ki, bu dəyişikliklər onların həyatında nələri dəyişəcək. Hesablama etmişəm ki, ölkədə…

5 Avqust 2020
Xural.COM