“Azərişıq”ın xəbərdarlığının pərdəarxası – işıq oğruları kimlərdir…

Ekspert: “Oğurluğun qarşısını yalnız qanunları sərtləşdirmək vasitəsilə almaq olar”

“Azərbaycan prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş ”Enerji sektorunda maliyə intizamının gücləndirilməsi proqramı”nda enerji haqlarının yığılmasının 100 %-ə çatdırılması enerji təchizatı müəssisələrinə bir vəzifə olaraq tapşırıldığından həmin vəzifənin layiqincə yerinə yetirilməsi üçün “Azərişıq” ASC tərəfindən irimiqyaslı texniki və təşkilati tədbirlər görülür”. Bu fikirlər “Azərişıq” ASC-nin Mətbuat xidmətinin yaydığı məlumat bildirilib.

Qeyd olunub ki, uçot sisteminin yenidən qurulması, elektrik enerjisindən qanunsuz istifadə və enerjinin talan olunması kimi hüquqazidd hərəkətlərin qarşısının alınmasının nəticəsidir ki, ötən illərlə müqayisədə elektrik enerjisi haqlarının yığılmasında əsaslı dönüş yaranıb:

“Azərişıq”ın xəbərdarlığı ile ilgili görsel sonucu

“Lakin görülmüş tədbirlərə baxmayaraq, bu sahədə işimizə mane olan elektrik enerjisinin talan olunması kimi neqativ hallar hələ də ciddi narahatlıq yaradır. Bəzi istehlakçıların, xüsusən də villa, MTK, sənaye və ictimai iaşə obyektləri, hotel, istixana və s. sahiblərinin elektrik enerjisindən sayğacdan kənar istifadə etmələri, kabel xətlərinə və uçot dəstlərinə müdaxilələri müşahidə edilir ki, bu da son nəticədə elektrik enerjisinin talanmasına səbəb olmaqla yanaşı, digər istehlakçıların, xüsusilə də əhalinin enerji təchizatında ciddi problemlər yaradır.

“Azərişıq”ın xəbərdarlığı ile ilgili görsel sonucu

Qeyd olunanları nəzərə alaraq, elektrik şəbəkəsinə qanunsuz qoşulan, uçot dəstinə müdaxilə edən və sair hüquqazidd hərəkətlərə yol verən istehlakçıları bir daha xəbərdar edirik ki, belə istehlakçıların elektrik enerjisi təchizatı dərhal dayandırılacaq, elektrik enerjisinin talanmasının qarşısının alınması və təqsirli şəxslərin məsuliyyətə cəlb olunmaları üçün hüquq- mühafizə orqanlarına müraciət olunaraq azerishiq.az saytında və kütləvi informasiya vasitələrində ictimaiyyət məlumatlandırılacaq”.

Onu da bildirək ki, mətbuatda xeyli sayda elektrik, qaz oğruları ilə bağlı məlumatlar paylaşılıb. Şikayətlər xüsusilə də istixanalar və müxtəlif iaşə obyektlərindəndir. İnsanlar bildirirlər ki, bu kimi obyektlər xətlərə müdaxilə edirlər və nəticədə vətəndaşlar normal təzyiqli qazdan istifadə edə bilmirlər. Eyni zamanda insanlar iddia edirlər ki, elektrik və qaz xətlərindən edilən oğurluq, sonda əhalidən çıxılır. Bu barədə sosial şəbəkələrdə yazılan çoxsaylı şikayətlərdə insanlar bildirirlər ki, onların sayğacları əvvəlki aylarla müqayisədə xeyli artıq yazıb. İnsanlar yazılan artıq pulları oğurlanan vəsaitin onlar arasında bölüşdürülməsi kimi qəbul edirlər.

Nüsrət Qasımov ile ilgili görsel sonucu

“Yeni Müsavat”a danışan ekspert Nüsrət Qasımov isə məsələnin bu cür olmadığını bildirdi. Ekspert söylədi ki, indiyədək bu kimi oğurluqlar çox olub:

“Bu işləri görənlər hansısa sıravi şəxslər deyil. Hər kənddə, qəsəbədə xüsusi ustalar var. Onlar hətta təzyiq altında olan qaz xətlərini belə deşə bilirlər.  Bunun üçün müxtəlif üsullar var. Yəni bu, mümkün olan işdir. ”Azərişıq”ın öz işçiləri yaxşı maaş alırlar. Ona görə də onlar iş yerlərini itirməmək üçün bu kimi işlərə meyl etmirlər. Buna baxmayaraq, əhalinin arasında işıq, qaz oğruları yox deyil. Həmin şəxslər adətən keçmiş əməkdaşlar, bu işi bilən mütəxəssislərdir. Oğurlanan elektrik enerjisinin, qazın pulunu camaata ödətmirlər. Bu barədə deyilən fikirlər həqiqətə uyğun deyil. Hazırda sayğaclar bayırda yerləşir. Sayğacdan sonrakı qoşqular oğurluq sayılmır. Sayğaca qədər də oğurluq mümkün olan iş deyil. Bunu kabellərdə edirlər. Oğurluğun qarşısını yalnız qanunları sərtləşdirmək vasitəsilə almaq olar. Belə ki, oğurluq tutulan zaman hətta cinayət işi açılmasına da getmək lazımdır. Hansısa bir nəfər qonşudan bir şey oğurlayan zaman adamı tutub iş verirlər. Ancaq kimsə işığa, suya müdaxilə etdiyi, dövlətdən oğurladığı halda onu həbs etmirlər. Bu  barədə qanunlar sərtləşdirilməli, eyni zamanda məsələ ictimailəşdirilməlidir. Belə hadisələrdə ictimai qınağın da rolu böyükdür. Ona görə də tutulan işlərin ictimailəşdirilməsi də ümumi işin faydasınadır”.

“Azərişıq”ın xəbərdarlığı ile ilgili görsel sonucu

Ekspert bildirib ki, sovet dövründə də istixanalarda oğurluqlar baş verirdi:

“Həmin dövrdə istixanalarda yoxlamalar aparmışam. Şəxsən mən kəndlərdəki istixanalarda bir maşın rezin boru müsadirə etmişdim. Camaat xətlərə müdaxilə edib, qaz, elektrik oğurlayırdılar. O zamanlar bu kimi işləri görmək daha asan idi. Həmin ərəfədə qazın bir kubmetri əhaliyə 2 qəpiyə satılırdı. Sovet dönəmində heç bu qədər nəzarət də yox idi. Eyni zamanda oğurluq edənlərə sərt qərarlar da vermirdilər. Ona görə də başlı-başına buraxılan xətlərdən oğurluqlar çox olurdu. İndi isə müstəqil, demokratik ölkədə yaşayırıq. Necə ki, dövlət əhalidən oğurlamır, eləcə də əhali də dövlətdən oğurlaya bilməz. Hüquqi şəxslərin oğurluq etmələri isə daha da pisdir. Çünki sən istehsal edib, pul qazanırsan, bir tərəfdən də dövlətdən oğurluq edirsən. Ona görə də cəza tədbirləri sərtləşdirilən zaman hüquqi şəxslərə verilən cəza daha ağır olmalıdır”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button