“Azərsu” ASC-nin daha bir maliyyə maxinasiyası özünü faş etdi

Bakının Binəqədi rayonu ərazisində “Baksol yolu” kimi tanınan və nəqliyyatın hərəkətinin intensiv olduğu yolu kanalizasiya suları basıb. Yol tamamilə çirkab suları altında qalıb, avtomobillər faktiki olaraq kanalizasiya sularında “üzüb”.  

O cümlədən su yaxınlıqdakı evlərin həyətlərini də basıb. Nəzərə alsaq ki, Baksol yolu Bakı kəndlərinə giriş edən əsas magistral yollardan biridir, saatlarla yolun bağlanması, ərazidə qəzalı vəziyyət yaradıb, bu da tıxacların yaranmasına ciddi səbəb olub.

“Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı virtualaz.org-a bildirib ki, yaranmış vəziyyətin səbəbi  kanalizasiya xəttinin ya sıradan çıxması, ya tutulmasıdır. Qəza xidmətinin əməkdaşları hadisə yerində araşdırma aparıblar və kanalizasiya xəttinin tutulduğunu aşkar ediblər. Sitat: “Həmin tıxanma aradan qaldırılıb, kanalizasiya xətti yenidən işlək vəziyyətə gətirilib və yola axan çirkab sularının kənarlaşdırılması üçün tədbirlər görülür.”

Yerli sakinlər bu hadisəni “Azərsu”nun təxribatı adlandırılar. Sitat: “Yağış yox, sel yox, kanalizasiya niyə birdən-birə daşmalıdır ki…” Gorünür, bu günədək “Azərsu”ya ayrılan milyardlarla vəsait köhnə sovet dövrünün borularının dəyişdirilməsinə deyil, boruların yamanmasına sərf olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button