“Azərsu” minlərlə sayğacı niyə yandırdı? – Bakıda müəmmalı olay – FOTOFAKT

Bakının Suraxanı rayonunda baş vermiş yanğına səbəb, yararsız olduğu deyilən sayğaclar imiş.

Suraxanı Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi yanğın barədə yaydığı məlumatda bildirilib ki, yanğın Suraxanı rayonunda, “Azərsu” ASC-nə məxsus Aerasiya stansiyasının boş ərazisində baş verib və bu zaman məişət tullantıları deyil, stansiyanın ərazisinə yığılmış böyük miqdarda yararsız su sayğaclarının bir hissəsi yanıb.

Yanğın qısa müddət ərzində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti əməkdaşları tərəfindən söndürülüb, məsələ FHN-in mütəxəssisləri tərəfindən araşdırılacaq.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button