Azər Tağıyevdən beynəlxalq səviyyəli yalan

 

Azər Tağıyev

Ədalətsiz qərarlar çıxardığı məhkəmədə sübut olunmuş Azər Tağıyev niyə cəzalandırılmır?

 Azərbaycan Vəkillər Kollegiyasının sədri Azər Tağıyev beynəlxalq səviyyəli yalan danışıb. O, beynəlxalq təşkilatlarla keçirdiyi görüşlərdə bildirir ki, Azərbaycanda vəıkillərər qarşı heç bir təzyiq faktı yoxdur. Halbuki son vaxtlar ard-arda bir neçə vəkilin müxtəlif bəhanələrlə cəzalandırılaraq kollegiyadan uzaqlaşdırılması halları bir-birini təkrarlamaqdadır. Hüquq müdafiəçisi Vidadi İsgəndərovun müdafiəçisi Xalid Bağırovun, 2 aprel mnitinqində həbs olunmuş Ülvü Quliyevin vəkili Elçin Namazovun kollegiyadan uzaqlaşdırılması hələ də ölkə mətbuatının gündəmindədir. Kollegiyanın hakimiyyətə müxalif olan şəxsləri müdafiə edən vəkillərə qarşı qanunsuz qərarları, vəkillik institutunda artıq qarşısıalınmaz prosesə çevrilmiş inkişafın qarşısını almaqdıq. Həm də bu yolla vəkillərdə xof yaradaraq, onları kollegiyadan çıxarılmaq qorxusunda saxlamaqdır. Beynəlxalq təşkilatları aldadan kollegiya sədrinə hətta məhkəmə qərarı da dərs olmur. Belə ki, müxalif fikirli insanların müdafiəçisi qismində bir çox proseslərdə vəkillik edən Osman Kazımovun bir müddət əvvəl kollegiyadan uzaqlaşdırılması barədə kollegiya qərar çıxarmışdı. Osman Kazımov məhkəmə yolu ilə bu qərarın ədalətsiz olduğunu sübut etdi və kollegiyaya bərpa olundu. Səhv qərar çıxardığı məhkəmədə sübut olunmuş Vəkillər Kollegiyasına və qurumun sədri Azər Tağıyevə isə ədalətsiz qərarlarına görə, “gözün üstə qaşın var” deyən də olmadı. Normal ölkədə isə ədalətsiz qərarına görə, ona cəza verilməli idi. Vəkillər Kollegiyasının sədri olmaqla yanaşı, o, hakimiyyətin saxtakarlıq strategiyasının müəyyənləşdirildiyi, rellaşdırıldığı və leqallaşdırıldığı Mərkəzi Seçki Komissiyasının da üzvüdür. Görünür, Azər Tağıyev bu vəzifələrin verdiyi “toxunulmazlıq”dan ürəklənərək, beynəlxalq təşkilatları belə aldatmaqdanm çəkinmir.

 XuralTAC

“Xural” qəzeti,

il 9, sayı: 056 (465), 10 oktyabr 2011

Əlaqəli məqalələr

2 şərh

  1. Evvela,bir sheyi duzgun yazmamisiniz.Hemin vekilleri hech de muxalifeti mudafie etdiyine gore deyil,oz sehvlerine gore kolleqgiyadan uzaqlashdiriblar ve hemin vekiller ve butun diger vekiller de bunu chox gozel bilirler.butun bunlari qezet sehifelerine chixarib fikri bashqa yere yoneltmeyin hech bir yeri yoxdur.Heqiqeten de vekillere hech bir tezyiq yoxdur.duzdur,ishimizde problemler var,lakin bu hech de tezyiqle deyil,bezi mustentiq,prokuror ve ya hakimlerin ozbashinaliqlaridir.O ki,qaldi Osman Kazimova,mehkeme hech de Kollegiyanin sehv qerar qebul edilmesini tesdiq etmedi o zaman,sadece,Vekiller Kollegiyasi hunmanistlik edib iddiasini geri goturdu.Yazanda edaletli olun,qardashlar

    1. Əziz həmkarıma özümlə bağlı qərarı təqdim etməyə hazıram. O əgər mənim barədə vəkillər Kollegiyasının qərarının əsaslılığını sübut edərsə, mətbuatda üzr istəməyə hazıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button