Azərbaycan əsgəri çürüyüb öldü

 

Bir həftə ərzində Müdafiə Nazirliyinin səhlənkarlığı sonda itkiylə nəticələndi

 Burnunda aparılan əməliyyatdan sonra üzündə çürümə gedən Azərbaycan ordusunun əsgəri 1992-ci il təvəllüdlü Eldar Novruzov dünən səhər ölüb.

Bu barədə “Qafqazinfo”ya Eldarın atasının verdiyi məlumata görə, dünən oğlu Türkiyənin Gülhanə Tibb Akademiyasına aparılarkən təyyarə yola düşməyə az qalmış keçinib. Qadir Novruzov bildirib ki, Hərbi Hospilada müalicə olunan oğluna yola düşməzdən əvvəl iynə vurublar. Atası bu iynədən sonra oğlunun vəziyyətinin daha da pisləşdiyi, rənginin saraldığını deyib.

Qeyd edək ki, ötən ilin aprelində hərbi xidmətə yola düşən əsgər Eldar Novruzovun tənəffüs sistemində yaranan problemi aradan qaldırmaq üçün burnunda aparılan əməliyyat uğursuz olur və əsgərin üzündə şişlər əmələ gəlməyə başlayır. Üzündə çürümə prosesi gedən Eldar Novruzovun xəstəliyinin müalicəsi Türkiyənin Gülhanə Hospitalında olduğunu deyilmişdi.

Onu da bildirək ki, Əsgər Eldar İbrahimov ailəsi əslən Füzuli rayonundandır. Sumqayıtda kirayədə yaşayırlar və sadə bir ailədədirlər. Eldar Novruzovun hərbi xidməti bitirməsinə bir neçə gün qalıbmış.

 

“Xural” qəzeti,

il 9, sayı: 047 (455), 30 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button