Azərbaycan bayrağı Qafan aeroportunun yaxınlığında asıldı

Yanvarın 6-da Azərbaycan bayrağı Qafan hava limanı yaxınlığında asıldı. 

Virtualaz.org xəbər verir ki, bu haqda Qafan bələdiyyəsinin sədri Gevorg Parsyan erməni mediasına açıqlamasında deyib.

Erməni bələdiyyə sədri bildirib ki, azərbaycanlılar Qafan hava limanının yaxınlığında post qurublar.

“Azərbaycanlılar Qafan hava limanına tam nəzarət edə bilirlər”,- deyə Gevorg Parsyan əlavə edib.

Qeyd edək ki, Qafan hava limanı yaxınlığındakı adı çəkilən ərazilər Azərbaycanın Zəngilan rayonunun torpaqlarıdır. Qarabağın azad edilməsindən sonra, Ermənistanla sərhədlərin delimitasiyası zamanı Azərbaycan beynəlxalq hüquqla müəyyənləşdirilmiş ərazi bütövlüyünü təmin edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button