Azərbaycan BMT-nin xüsusi mükafatına layiq görülüb

foto17.06.2013

Azərbaycan BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xüsusi mükafatına layiq görülüb. “Media forum” saytı bildirir ki, Azərbaycanın aclığa və yoxsulluğa qarşı mübarizə sahəsində əldə etdiyi uğurlar münasibətilə verilən mükafatı iyunun 16-da İtaliyanın paytaxtı Roma şəhərində FAO-nun baş direktoru Joze Qratsiano da Silva kənd təsərrüfatı naziri İsmət Abasova təqdim edib.

Mükafat 2000-ci ildə BMT-nin Baş Assambleyasında qəbul olunan Minilliyin İnkişaf Məqsədlərindən birincisi olan “aclığın yarıya qədər azaldılması”na və 1996-cı ildə Romada keçirilən Dünya Ərzaq Sammitində qəbul olunmuş “kifayət qədər qidalanmayan əhalinin yarıya qədər azaldılması” üzrə məqsədə nail olan ölkələrə verilir.

Təqdimetmə mərasimində qeyd olunub ki, Azərbaycan hər iki məqsədə nail olub. Nazir İsmət Abasov təqdimat mərasimində çıxış edərək dövlət proqramlarının icrası nəticəsində Azərbaycanda yoxsulluğun təqribən 50 faizdən 5 faizə endiyini, son illərdə kənd təsərrüfatı sahəsində illik təqribən 6 faiz artım olduğunu vurğulayıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button