“Azərbaycan Dəmir Yolları” Binədə narkoman sürücünün törətdiyi qətliamın görüntülərini yaydı

“Azərbaycan Dəmir Yolları” QSC Bakının Binə qəsəbəsində oktyabrın 1-də 160 saylı marşrut üzrə işləyən sərnişin avtobusunun sürücüsünün törətdiyi dəhşətli qəza ilə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki,  “Daewoo” markalı 160 saylı xətt avtobusunun qorunan keçiddə hərəkətdə olan elektrovozla toqquşması barədə  bəzi KİV-lərdə, eləcə də ictimaiyyət arasında ziddiyətli fikirlər ifadə olunur.

“Hətta bir çoxları bu hadisədə dəmir yolunu günahlandırmağa çalışırlar”, – QSC bəyan edib.

 

ADY bütün bunlara cavab olaraq, hadisənin yeni görüntüsünü ictimaiyyətə təqdim edib. Görüntülərə əsasən dəmiryol keçidi bağlıdır və qarşı tərəfdən hərəkətdə olan nəqliyyat vasitələri dayanıb yaxınlaşan neft qatarının keçməsini gözləyir. Lakin bu zaman 160 saylı xətt avtobusu sürətlə keçidə daxil olur və dəhşətli qəza baş verir…

Həmin qəzada biri 13 yaşlı məktəbli olmaqla iki nəfər həlak olub, 40-dan çox adam xəsarət alıb. Avtobusun sürücüsünün narkotik istifadəçisi olduğu, əvvəllər də maşınla adam vurub öldürdüyü üçün məhkumluq yaşadığı müəyyən olunub.

Xatırladaq ki, 160 saylı marşrutu idarə edən “Ayşən” MMC adlı şirkətin nümayəndəsi hadisədə “Azərbaycan Dəmir Yolları” nı günahlandırıb, iddia edib ki, keçid şlaqbaumla bağlı olmayıb və avtobus sürücüsü bunu görərək keçidə daxil olub.

virtualaz.org qeyd edir ki, hüquq-mühafizə orqanları bu qətliam-qəza ilə bağlı istintaqda hökmən “Ayşən” MMC-nin sahiblərinin də məsuliyyət dərəcəsini müəyyən etməlidir. Bu şirkətin keçmiş nəqliyyat naziri Ziya Məmmədovun İradə adlı qohumuna məxsus olduğu bildirilir.(virtualaz.org)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button