Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə rektor təyin edilib

24saat.org xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Ceyran Emin qızı Mahmudova təyin edilib. C.Mahmudova mərhum bastəkar Emin Sabitoğlunun qızıdır.

Qeyd edək ki, Mədəniyyət və İncəsənət Universitetinin əvvəlki rektoru Fərəh Şirməmməd qızı Əliyeva may ayında ölkə başçısının sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri təyin edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button