“Azərbaycan dövləti müharibə qərarı verməlidir”-BƏYANAT

“Əgər dövlət müharibə qərarı verə bilmirsə, o halda xalq verməlidir!”

Məcburi Köçkünlərin Sosial Hüquqlarının Müdafiəsi İctimai Birliyi bəyanat yayıb. Xural.com həmin bəyanatı olduğu kimi təqdim edir:

Artıq 27 ildir ki, öz vətənimizdə “vətənsiz” yaşayırıq. Yurdumuza dönmək ümüdlərimizi zamanın ixtiyarına verdik. Minlərlə soydaşımız Qarabağ həsrəti ilə dünyasını dəyişdi. Biz yurdumuzdan uzaqda, ermənilər isə bizim yurdumuzda məskən saldı, doğuldular böyüdülər. Beləcə illər boşuna ötüb-keçdi. Zaman bizə deyil, düşmənə işlədi.

Şəhid xəbərinə səbrlə yanaşdıq. “Vətən sağ olsun”, – dedik. Düşmən bizim torpaqlarda meydan suladı, bizsə tolerantlıq nümayiş etdirdik. Biz onları qorxutmaq əvəzinə, onlar üstümüzə ayaq aldı. Öz həyasızlığından çəkinmədi. Bizi qorxaq adlandırdı və bunun üçün məmnunluğunu ifadə etdi. Bizim torpaqlarımızda parad qurdu, hərbi təlimlər keçirdi. Şənlik qurdular, yallı getdilər.

Bizə yazıqlar olsun ki, cavabsız qaldıqlarını görüb, biraz da qabağa gəldilər. Yeni-yeni torpaqlarımız uğrunda yeni müharibə bəyananatını verdilər.

Bu illər ərzində onlar Qarabağda tikib yaratdığı halda biz yeni-yeni qaçqın qəsəbələri saldıq.

Yazıqlar olsun ki, düşmənin tərəfində olan ölkələrin boş-boş vədlərinə ümidlə yanaşdıq, əlimizi qolumuzu yanımıza sallayıb lazımı gözlədik. Lazım gələrsə, müharibə yolu ilə torpaqlarımızı azad edəyəcimizi bəyam etdik.

Biz gözlədik, amma “lazım” gözləmədi, zaman elə hey düşmənin xeyrinə işlədi. Zaman ötdükcə qarabağlılar dünyasın dəyişdi, yeni bir qarabağsız nəsil yetişdi.

Nə qədər ki, biz susduq, dünya reallığı qəbul etmək qərarına gəldi. “Əgər torpaqlarımızı işğaldan azad etməyə qalxarıqsa, dünya bizi işğalçı kimi tanıyar”, – deməkdən belə çəkinmədilər.

Soyuqqanlılığımızı burda da göstərdik, Rumuniyalı deputat Tyudor cavabsız getdi və ermənilərə “rahatca Qarabağda yaşaya bilərsiz, Azərbaycan onsuz da müharibə etməyəcək”,- bəyanatını verdi.

27 ildir boş-boş ümid bəslədiyimiz sülh danışıqları artıq müharibəni başlamaq şansını yenidən bizə qaytarmış olur.

Odur ki, Məcburi Köçkünlərin Sosial Hüquqlarının Müdafiəsi İctimai Birliyi olaraq bəyan edirik, kifayət qədər səbr etdik, nə qədər ki, Qarabağ uğrunda savaşda ordumuzun yanında ola biləcək və o torpaqlarda bələdçilik edəcək insalarımız var, Azərbaycan dövləti müharibə qərarını verməlidir. Əks halda bu ixtiyar xalqın üzərinə və haqqı tapdanmış, hüquqları pozulmuş məcburi köçkünlərin üzərinə düşür.

Biz ya müharibəyə başlayıb qürurumuzu özümüzə qaytarmalıyıq, ya da başımızı aşağı salıb şərəfsizcəsinə ölümümüzü gözləməliyik.

Qərar anıdır!

Biz ordumuzun yanındayıq.

Bəs Sən bizim yanımızdasan?

 

Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button