Azərbaycan hökuməti jurnalistlərin qətllərinin üstünü açmalıdır…

img143213803.03.2014

Azərbaycan media və vətəndaş cəmiyyəti nümayəndələri Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə

 müraciət ediblər.

XuralTAC müraciəti olduğu kimi təqdim edir:

AÇIQ MÜRACİƏT

 Cənab prezident,

26 noyabr 2013-cü ildə BMT Baş Assembleyasının Üçüncü Komitəsi jurnalistlərin təhlükəsizliyi və cəzasızlıq məsələsi ilə bağlı qətnamə qəbul edib. Bu qlobal narahatlığın yüksək səviyyədə olduğunun göstəricisidir. Cəzasızlığa son qoymağın yeganə yolu isə jurnalistlərin qatillərinin məhkəmə qarşısına çıxarılmasıdır ki, bu da Azərbaycanda təmin olunmayıb. 

Martın 2-də 2005-ci ildə yaşadığı binanın qarşısında odlu silahla qətlə yetirilmiş tanınmış tənqidçi jurnalist  “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun hələ də üstü açılmamış qətlinin doqquz ili tamam olur.

Azərbaycan hakimiyətini, o cümlədən Sizi ən sərt tənqid edən Elmar Hüseynov qətlə yetirildiyi zaman Siz dövlət başçısı olaraq dərhal reaksiya verərək, bu cinayəti pislədiniz və bunu həmin ilin (2005-ci ilin) payızında baş tutacaq parlament seçkiləri ərəfəsində ölkədə sabitliyi pozmağa yönəlmiş bir vəhşilik adlandırdınız. Siz həmçinin söz verdiniz ki, qısa zamanda bu cinayəti törədənlər tapılıb cinayət məsuliyətinə cəlb olunacaq. Ancaq 9 il keçməsinə baxmayaraq, iş üzrə hər hansı nəticə əldə olunmayıb.

Son 9 ildəki ümumi mənzərə onu göstərir ki, hüquq-mühafizə orqanları bu qətlin açılmasında maraqlı deyil. Hüquq-mühafizə orqanları Azərbaycan cəmiyyətindən jurnalistin qətli ilə bağlı məlumatları qapalı saxlamaqla, sanki kimlərinsə maraqlarını  təmin edir.

İndiki hakim Yeni Azərbaycan Partiyasının qurucularından biri 2005-ci ilin oktyabrından bu günə kimi həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov bu il yanvarın 17-də keçirilən məhkəmə zamanı bildirib ki, “Bu hakimiyyət Şahmərdan Cəfərovu, Elmar Hüseynovu, Ziya Bünyadovu güllələyib öldürüb”.

Azərbaycanın hüquq-mühafizə orqanları Hüseynovun qatillərini tapmaq üçün hərtərəfli araşdırma aparmalıdır. Qətlin sifarişçilərinin Azərbaycan hökuməti ilə bağlılığı barədə daha öncə də iddialar səslənib, lakin istintaqın həmin iddiaları araşdırdığına dair cəmiyyətdə heç bir məlumat  yoxdur. İddialar doğrudursa ,  istintaqın qətlin ört basdır olunmasında maraqlı olan  şəxslərin nəzarəti altında aparıldığından  şübhələnməyə əsas var.

Biz qətlin mümkün sifarişçiləri barədə səslənən bütün iddiaların, o cümlədən Əli İnsanovun bəyanatının dərhal və şəffaf şəkildə araşdırılmasına çağırırıq.

Hüseynovun faciəli qətlindən doqquz il keçdiyi bir vaxtda, biz hüquq-mühafizə orqanlarından onun qətli ilə bağlı bütün məlumatları ictimailəşdirməyi, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri üçün  alternativ tədqiqatın aparılması üçün zəruri şəraitin yaradılmasını tələb edirik.

Hüseynovun qətlindən bəri Azərbaycanda jurnalistlərə qarşı 300-dən artıq fiziki hücum faktı və daha bir jurnalistin qətli baş verib. 2011-ci ilin noyabrında yazıçı jurnalist Rafiq Tağı yaşadığı evin yaxınlığında naməlum şəxs tərəfindən yeddi bıçaq zərbəsinə məruz qalıb. Cərahiyyə əməliyyatından sonra Tağı sağalmağa başlasa da, dörd gün sonra media ictimaiyyətinin şübhəli hesab etdiyi bir şəraitdə qəflətən dünyasını dəyişdi. 2014-cü ilin yanvarında Prokurorluq Tağının qətli ilə bağlı başlanmış istintaqı dayandırıb. Bu qətllə bağlı heç kim məsuliyyətə cəlb olunmayıb. Hakimiyyət Rafiq Tağının qətli ilə bağlı yeni, effektiv və şəffaf istintaqa başlamalı və cavabdehləri aşkar edərək məsuliyyətə cəlb etməlidir.

Elmar Hüseynovun və Rafiq Tağının qətllərinin açılmaması və qatillərin  cəzasız qalması, jurnalistlərin ölümlə susdurulması praktikasına rəvac verir və biz Azərbaycan hökumətini  jurnalistlərə ünvanlanan bütün ölüm təhdidlərini araşdırmağa və belə təhdidlərlə üzləşən jurnalistlərin təhlükəzisliyini təmin etməyə çağırırıq.

Biz, Sizin hökuməti jurnalistlərə hücum edən və onları qətlə yetirən şəxslərin cəzasızlığına son qoymağa, jurnalistlərə qarşı baş vermiş bütün zorakılıq hallarının üstünün açılmasını və günahkarların qanuna uyğun şəkildə cəzalandırılmasını təmin etməyə çağırırıq.

Biz, Azərbaycanın hüquq-mühafizə orqanlarını 2005-ci ildə Elmar Hüseynovun, 2011-ci ildə isə Rafiq Tağının qətllərinin sifarişçilərini və icraçılarını həbs edərək barələrində cinayət işinə başlanılmasına, həmçinin jurnalistlərə qarşı bütün təhlükə hallarını tam araşdırmağa və onlar üçün adekvat müdafiə mexanizmi yaratmağa çağırırıq.

Ümidvarıq ki, hökumət bu faktları ətraflı araşdırmaqla və cinayətkarları məsuliyyətə cəlb etməklə qanunun aliliyini təmin edəcək.

 Hörmətlə,

1.       Adnan Hacızadə, blogger və onlayn fəal

2.       Anar Orucov, Qafqaz Media Tədqiqatlar Mərkəzi

3.       Aytəkin İmranova, İslam, Demokratiya və İnsan Hüquqları Mərkəzi

4.       Cəsur Məmmədov, “Doktrina” Hərbi Araşdırmalar Mərkəzi

5.       Çingiz Sultansoy, jurnalist

6.       Əfqan Muxtarlı, jurnalist

7.       Elçin Abdullayev, “Demokratik Təsisatlar və İnsan Hüquqları” İB

8.       Eldar Zeynalov, Azərbaycan İnsan Hüquqları Mərkəzi

9.       Elşən Həsənov, “Siyasi Məhbuslarsız Azərbaycan”

10.     Emin Hüseynov, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu

11.     Əsabəli Mustafayev, Demokratiya və İnsan Hüquqları Resurs Mərkəzi

12.     Gülnarə Axundova, hüquq müdafiəçisi

13.     Günay İsmayılova, hüquqşünas

14.     İdrak Abbasov, jurnalist

15.     İntiqam Əliyev, “Hüquq Maarifçiliyi Cəmiyyəti”

16.     Leyla Əliyeva, Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi

17.     Leyla Yunus, Sülh və Demokratiya İnstitutunun direktoru

18.     Məhəmməd Talıblı, “İqtisadi İnnovasiya Mərkəzi”

19.     Mehman Əliyev, Turan İnformasiya Agentliyi

20.     Məmməd Məmmədzadə, Seçkilərin Monitorinqi və Demokratiyanın       Tədrisi Mərkəzi

21.     Mirvari Qəhrəmanlı, “Neftçilərin Hüquqlarının Müdafiəsi Mərkəzi”

22.     Natiq Cavadlı, jurnalist

23.     Novella Cəfərova, D. Əliyeva adına Qadın Hüquqlarının Müdafiəsi Assosiasiyası

24.     Oqtay Gülalıyev, “Demokratik İslahatlar Uğrunda Cəmiyyət”

25.     Rahim Hacıyev, Azadlıq qəzeti

26.     Ramin DEKO, jurnalist

27.     Rauf Arifoğlu, Yeni Müsavat qəzeti

28.     Rəşid Hacılı, “ Media Hüquqları İnstitutu”

29.     Rəsul Cəfərov, Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyəti

30.     Rövşən Hacıyev, Demokratik Jurnalistika Məktəbi

31.     Röya Rəfiyeva, jurnalist

32.     Şahbaz Xuduoğlu, “Qanun” nəşriyyatı

33.     Samir Kazımlı – Siyasi Azadlıqları Müdafiə Alyansı

34.     Samirə Ağayeva, hüquqşünas

35.     Sədaqət Paşayeva, jurnalist

36.     Tural Mustafayev, Meydan TV

37.     Xalid Vahidoğlu, Jurnalist, Regional İnsan Hüquqları və Media Mərkəzi

38.     Xədicə İsmayılova, jurnalist

39.     Yaşar Cəfərli, İstefada olan Zabitlər İctimai Birliyi

 

A
 

 

1

 

 

 

3 MART 2014

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button