Azərbaycan-Moldova münasibətləri gərginləşir

Moldovanın baş naziri Vladimir Filat

İlham Əliyev: «Niyə Ermənistana silah satmısınız?»

 Azərbaycan prezidenti İlham Əliyev Moldovanın baş naziri Vladimir Filatdan Ermənistana silah satılması ilə bağlı izahat istəyəcək. “Nezavisimaya Moldova” qəzeti xəbər verir ki, bu barədə Moldnevs portalına Moldovanın Xarici İşlər və Avropaya İnteqrasiya Nazirliyindəki mənbə bildirib. Mənbənin sözlərinə görə, Azərbaycan prezidenti ilə Moldova baş nazirinin görüşü Varşavada “Şərq Tərəfdaşlığı” sammiti çərçivəsində baş tuta bilər.

“Azərbaycan tərəfi məsələ ilə bağlı ən yüksək səviyyədə izahat almaq niyyətindədir”, deyə Nazirlikdəki anonim mənbə bildirib. “Yəqin ki, görüş sentyabrın sonunda “Şərq Tərəfdaşlığı” sammitində keçiriləcək. Düşünürəm ki, Moldovaya silah satışı barədə müqavilə ilə bağlı etiraz bildiriləcək”, deyə mənbə əlavə edib.

Xatırladaq ki, Moldovanın Ermənistanla gizli silah sövdələşməsinin üstü açılıb. Ölkənin Müdafiə naziri Vitaliy Marinuya yerli parlamentdə dinləmələr zamanı silah alveri faktını təsdiq edib. Söhbətin artilleriya və tank əleyhinə qurğulardan getdiyi xəbər verilir. Bu silahların iri yük təyyarəsi ilə bir qədər öncə Kişinyovdan İrəvana çatdırıldığı bildirilir.

Moldova hökuməti bəyan edib ki, hərbi texnika satışından xəbəri olmayıb, amma hərbi rəsmilər bildiriblər ki, hökumətin təlimatı ilə hərəkət ediblər.

Moldovanın hakim dairələrində ehtiyat edirlər ki, bu qalmaqal Moldova-Azərbaycan və GUAM çərçivəsindəki əməkdaşlığa əngəl ola bilər. Bu səbəbdən Moldova prezidentinin səlahiyyətlərini icra edən Marian Lupu imzaladığı fərmanla ölkə Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Yuriy Dominici tutduğu vəzifədən azad edib.

Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Ermənistana hücum silahı satan dövlətlər böyük səhv buraxıblar.

“Xural” qəzeti,

il 9, sayı: 046 (454), 29 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button