Azərbaycan nefti 40 dollara düşüb

neft 4

Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 1,05 dollar yaxud 2,56% ucuzlaşıb.

Xural.com report.az-a istinadən xəbər verir ki, hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 40,01 dollara bərabərdir.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button