Azərbaycan neftinin qiyməti 64 dollara çatır

Xural.com müsavat-a istinadən xəbər verir ki, CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 21-də 63,95 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,61 dollar/barel çoxdur. 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 21-də 63,31 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti noyabrın 21-də 60,49 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin qiyməti isə noyabrın 21-də 62,04 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,66 dollar/barel çoxdur.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button