Azərbaycan ordusu tankların yarışını keçirdi – FOTO/VİDEO

Azərbaycan Ordusunda yarış keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə,  tank hərbi hissə və bölmələrində “Ən yaxşı tank heyəti” adı uğrunda yarışlar nazirin təsdiq etdiyi hazırlıq planına əsasən baş tutur. 
Yarışlarda tank heyətləri maneə sahəsini, dirsəkli körpünü, mina-partlayış sahəsini, tankəleyhinə xəndəyi və eskarpı dəf etməklə çətin şəraitdə sürücülük tapşırıqlarını yerinə yetirirlər. Heyətlər yerində və hərəkətdə atəş açmaqla təlim sahəsində yaradılmış müxtəlif hədəfləri məhv edirlər.
Yarışların yekununda birliklərdə ilk iki yeri tutan heyətlər Silahlı Qüvvələr üzrə keçiriləcək yarışlarda iştirak edərək ən yaxşı tank komandiri, tuşlayıcı operator və mexanik sürücüləri müəyyən edəcəklər.
Xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button