Azərbaycan Premyer Liqası: bu gün daha 2 qarşılaşma olacaq

14607122701859558403_1000x669

Bu gün Azərbaycan Premyer Liqasında XXXI turun daha iki qarşılaşması keçiriləcək.

Qarşılaşmalardan biri Lənkəranda, digəri isə paytaxtda oynanılacaq.

Günə “Xəzər Lənkəran” – “Qəbələ” görüşü ilə start veriləcək. Üçüncü pillədə qərarlaşmış “İnter”in “Qarabağ”a uduzması “Qəbələ”nin işinə yarayacaq. Roman Qriqorçukun yetirmələri səfərdə qələbə qazanacaqları təqdirdə ən az bir günlük ilk üçlükdə yer alacaqlar. Cənublular isə 19 oyunluq qələbə və 7 turluq xal həsrətinə son qoymaq üçün var gücü ilə çalışacaq.

İkinci oyun gününün son qarşılaşması isə “Neftçi” ilə “Zirə” arasında keçiriləcək. “Neftçi” bu günədək baş tutan görüşlərin heç birində debütant klubu məğlub edə bilməyib. Adil Şükürovun yetirmələri isə qələbə qazanaraq ikinci pillədəki yerini möhkəmlətmək və üç oyunluq qələbə seriyasını davam etdirmək üçün mübarizə aparacaqlar(azərtac).

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button