Azərbaycan Qırğızıstana 40 min doza “AstraZeneca” vaksini verməyi planlaşdırır

Azərbaycan Qırğızıstana 40 min doza “AstraZeneca” peyvəndi verilməsini nəzərdə tutan humanitar yardım göstərməyi planlaşdırır.

Bu barədə məlumatı Qırğızıstan XİN yayıb.

Bildirilir ki, 1-3 iyul tarixlərində Qırğız Respublikasının xarici işlər naziri R.A.Kazakbayevin Azərbaycana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların inkişafı, həmçinin koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə Azərbaycan Qırğızıstana humanitar yardım çərçivəsində 40 min doza “AstraZeneca” peyvəndinin verilməsini planlaşdırır.

Hazırda tərəflər peyvəndin daşınması üçün bütün saxlanılması şərtləri və tələblərinin təmin edilməsi üçün logistika məsələlərini araşdırırlar. “Qırğız Respublikası koronavirus peyvəndi bağışladığı üçün Azərbaycan Respublikasına səmimi təşəkkürünü bildirir. Bu, 20 min Qırğızıstan vətəndaşının həyatını və təhlükəsizliyini qoruyacaq. Qırğızıstan və Azərbaycan xalqları çoxəsrlik dostluq ənənələrinə və strateji tərəfdaşlıq münasibətlərinə sadiq qalaraq mövcud vəziyyətdə bir-biri ilə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirirlər”, – deyə məlumatda qeyd olunub.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button