Azərbaycan silah idxalına görə Avropada birinci oldu

Son 10 ildə 247% artım qeydə alınıb.

2006-2010 və 2011-2015-ci illərdə Avropa dövlətlərinin silah idxalı 41% azalaraq, dünya silah idxalının cəmi 11%-ni təşkil edib.

Xural.com oxu.az-ın Stokholm Sülh Araşdırmalar Mərkəzinə (Stockholm International Peace Research Institute – SIPRI) istinadən verdiyi xəbərə görə, beynəlxalq silahlanma və hərbi texnika bazarının vəziyyəti haqqında növbəti fevral məruzəsində qeyd olunub.

Bildirilir ki, Avropada silah idxalı həcminin azalmasına Yunanıstan və İspaniya kimi dövlətlərdə iqtisadi vəziyyət təsir göstərir.

2006-2010 və 2011-15-ci illərdə silah idxalına görə Avropa lideri isə Azərbaycan olub. Qeyd olunan dövrdə silah idxalını 217% artıran Azərbaycan qitənin ən böyük idxalçısına çevrilib.

Bu göstərici üzrə ikinci yerdə isə 2006-2010-cu illərlə müqayisədə idxalı 17% azaldan Böyük Britaniya qərarlaşıb.

SİPRİ həmçinin qeyd edir ki, 2011-2015-ci illər üzrə Azərbaycan dünyada ən böyük silah idxalçılarının siyasında 19-cu yeri tutub və həmin dövrdə dünya silah tədarükünün 1,5%-i ölkəmizin payına düşüb.

Təşkilatın hesabatına əsasən, 2011-2015-ci illərdə Azərbaycan Rusiyadan  S-300PMU-2 hava hücumundan müdafiə sistemi üçün 200 ədəd 48N6E2 tipli raket, 24 ədəd Mi-35M zərbə helikopteri, 66 ədəd Mi-8MT/Mi-17 nəqliyyat helikopteri, 2 divizion S-300PMU-2, 18 ədəd 2S19 MSTA-S özüyeriyən haubitsa, 18 ədəd 2S31 “Vena” özüyeriyən minaatan, 18 ədəd BM-30 “SMERÇ” reaktiv yaylım atəş sistemi (RYAS), 100 ədəd BMP-3 piyadaların döyüş maşını, 1000 ədəd İqla-S raketi və bu raketin buraxılması üçün 200 ədəd qurğu,  100 ədəd T-90S tankı, 18 ədəd TOS-1 RYAS, 2 divizon Buk-1M hava hücumundan müdafiə sistemi, Buk-1M üçün 100 ədəd 9M317 raketi, Buk-1M üçün 100 ədəd 9M38 raketi alınıb.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button