Azərbaycan Tələbələr Birliyi tələbələr üçün hər tərəfli imkanlar yaradır

Azərbaycan Tələbələr Birliyi hər zaman tələbələr üçün daha yaxşı akademik və sosial şəraitin yaradıla bilməsi üçün müxtəlif fəaliyyətlər həyata keçirib. Bu fəaliyyətlərə misal olaraq müxtəlif akademik və sosial problemlərin həllinə yönəldilmiş layihə-proqramları, ictimai kampaniyaları və s. göstərmək olar. Həmçinin, qeyd edilən sahələrdə tələbələrin innovativliyinin də nəzərə alınması əsas prioritet istiqamətlərdən olub.

Azərbaycan Tələbələr Birliyi olaraq öz üvlərimizə daha yaxşı sosial şərait yarada bilmək üçün daim çalışmışıq. Bu istiqamətdə əsas qazandığımız uğurlara misal olaraq üzvlərimizə müxtəlif biznes-kampaniyalar və digər qurumlardan güzəştlərin əldə edilməsini göstərə bilərik. Son 10 gün içərisində Azərbaycan Tələbələr Birliyi 3 biznes kampaniyası ilə anlaşma memorandumu imzalayıb. Bunlar “Azərikonsaltinqservis” MMC, “ASR Treyninq” və “Bakı Languages and Business School” kimi şirkətlərdir. Bu şirkətlər qəbul edilmiş memoranduma əsasən təklif etdikləri xidmətlərdə ATB üzvlərinə 15-20 % güzəştlər tətbiq etməyi qərara alıblar.

Həmçinin, 28 oktyabr 2010-cu il tarixində Azərbaycan Tələbələr Birliyi Kiprdə yerləşən “Doğu Akdeniz” Universiteti ilə də memorandum imzalayıb. Memorandum ATB üzvlərinə çox böyük güzəştlər nəzərdə tutur. Belə ki, “Doğu Akdeniz” Universitetində təhsillərini davam etdirmək istəyən ATB-nin oğlan üzvləri Universitetin yataqxana xərclərinin 50%-dən, qız üzvlər isə 100%-dən azad edilirlər. Bunda əlavə, Universitetdə azərbaycanlı tələbələr üçün tətbiq edilən digər güzəştlər də mövcuddur. ATB öz üzvlərinin xarici təcrübə proqramlarına cəlbini də əsas prioritet kimi qəbul edib.

Azərbaycan Tələbələr Birliyində yenidən hazırlanmış üzvlük strategiyasına əsasən tələbələr üçün çox böyük şansların, imkanların yaradılmasına davam ediləcək. Məhz bunları nəzərə alaraq demək olar ki, Azərbaycan Tələbələr Birliyi hər bir tələbə üçün çox böyük imkanların yarandığı bir qurumdur.

“Xural” qəzeti
il: 9, sayı: 008(418), 20-26 mart 2011-ci il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button