Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşü keçiriləcək

XIN GORUS.jpg

Dekabrın 21-22-də Tbilisidə Azərbaycan, Gürcüstan və Türkiyənin xarici işlər nazirlərinin növbəti üçtərəfli görüşü keçiriləcək.

Gürcüstanın Xarici İşlər naziri Giorgi Kvirikaşvili jurnalistlərə müsahibəsində deyib ki, bu görüşdə ölkələrimiz arasında əlaqələrin hərtərəfli inkişaf perspektivləri, eləcə də son günlər üçün ən aktual olan məsələlərin müzakirəsi nəzərdə tutulub.

Nazir deyib:

“Üçtərəfli görüşdə ilk növbədə ölkələrimiz arasında strateji tərəfdaşlıq, həmçinin iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Eyni zamanda, biz, Bakı-Tiflis-Qars dəmir yolu tikintisinin vəziyyəti və “İpək Yolu” layihəsi üzrə əməkdaşlıq çərçivəsində digər nəqliyyat – logistika layihələrini də nəzərdən keçirəcəyik”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button