Azərbaycan və Avropa Birliyi arasında gözlənilən sazişə dair İctimai Dinləmə keçirilib-FOTOLAR

Avropaya inteqrasiya müxalifəti bir araya gətirdi

 

Xural.com Musavat.com-a istinadən xəbər verir ki, ADR Hərəkatının təşkilatçılıqı ilə keçirilən tədbirdə önəmli mesajlar verilib.

Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatı 18 aprel 2019-cu ildə Azərbaycan və Avropa Birliyi arasında gözlənilən sazişə dair İctimai Dinləmə keçirib. Dinləmədə AXCP, Milli Şura, ReAl, Ümid, VİP, AzDP, AXP partiyalarının sədrləri, ictimai siyasi təşkilatların rəhbərləri, ziyalılar, ekspertlər, jurnalistlər və diplomatik korpusun təmsilçiləri iştirak edib. KXCP və Müsavat partiyası İctimai Dinləməyə dəvət alsalar da iştirak etməyib. VHP-nin sədri xarici səfərdə olmasına görə tədbirə qatılmayıb.

Toplantıda beynəlxalq münasibətlər üzrə ekspert Xəqani Cəfərli məruzə ilə çıxış edib. İctimai Dinləmədə çıxış edənlərin əksəriyyəti Azərbaycanın avro-atlantika məkanına səmərəli və hər iki tərəf üçün faydalı inteqrasiyasının tərəfdarı olduqlarını, müqavilədə Azərbaycanın ərazi bütövlüyünün birmənalı şəkildə tanınmasının təsbit olunmasını və bu sazişdən əvvəl Avropa Parlamentinin Tövsiyələrində Azərbaycanla Strateji Əməkdaşlıq Sazişinin imzalanması üçün irəli sürülən şərtlərin yerinə yetirilməsini vacibliyini qeyd ediblər. Eyni zamanda İctimai Dinləmə iştirakçıları hakimiyyətdən Avropa İttıfaqı və Azərbaycan arasında saziş imzalanmamışdan əvvəl sənəd layihəsinin dərc edilməsini və ictimai müzakirəyə təqdim olunmasını tələb ediblər.

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button